Azərbaycan millisinin və “Qarabağ”ın futbolçusu Bədavi Hüseynov əməliyyat olunacaq.
Bu barədə Ağdam təmsilçisinin mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə Qol.az saytına açıqlamasında bildirib. O, milli komandanın heyətində Moldova ilə yoldaşlıq görüşündə (0:1) zədələnən müdafiəçinin əməliyyat olunacağını və 6 ay müddətində yaşıl meydanlardan kənarda qalacağını deyib:
“Təəssüf ki, tibbi müayinələrdən sonra Bədavi Hüseynovun əməliyyata ehtiyacının olduğu üzə çıxdı. O, diz bağından zədə alıb. Bu isə futbolda ən ağır zədə hesab edilir. Ona görə də Bədavi əməliyyat olunacaq. Bu isə o deməkdir ki, futbolçu 6 ay oynamayacaq. Ümid edirik ki, bərpa müddəti daha az olacaq. Amma indiki halda görünən odur ki, Bədavi 6 ay futboldan kənarda qalacaq. Onun harada əməliyyat olunacağını milli komandanın həkimləri bilir. Çünki Bədavi yığmanın oyununda zədələnib. Buna görə də qaydaya uyğun olaraq onun bütün xərclərini AFFA qarşılayacaq”.
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu