"Sumqayıt"da növbəti ayrılıq

"Sumqayıt"da növbəti ayrılıq
ÖLKƏ FUTBOLU 11 İyun 2021 / 14:18 2012
-  A +

Bu mövsüm ölkəmizi Konfrans Liqasında təmsil edəcək "Sumqayıt" daha bir futbolçusu ilə yolları ayırıb.

Qol.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, yarımmüdafiəçi Cavid İmamverdiyevlə başa çatan müqavilə yenilənməyib.

2020-ci ilin sentyabrından "Sumqayıt"da çıxış edən millimizin sabiq üzvü ötən mövsüm Premyer Liqada 14 oyuna çıxıb və 1 qol ötürməsi ilə yadda qalıb.

Qeyd edək ki, "Sumayıt" daha əvvəl Mehdi Şərifi ilə də yolları ayırıb.

Daha çox


Son xəbərlər