Elvin Məmmədovla yeni müqavilə - Rəsmi

Elvin Məmmədovla yeni müqavilə -  Rəsmi
ÖLKƏ FUTBOLU 11 İyun 2021 / 13:20 2154
-  A +

2021/22 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçu ilə müqaviləni yeniləyib.

Qol.az klubun rəsmi saytına istinadən xəbər verir ki, təcrübəli yarımmüdafiəçi Elvin Məmmədov növbəti mövsümdə də komandanın uğurları üçün çalışacaq.

Qeyd edək ki, “Sumqayıt”ın heyətində ümumilikdə 33 oyun keçirən millimizin sabiq üzvü 2 qol vurub.


Xatırladaq ki, "Sumqayıt" bundan əvvəl Vurğun Hüseynov və Murad Xaçayevlə da sözləşməni artırıb.

Daha çox


Son xəbərlər