"Neftçi" Mirabdulla ilə müqaviləni uzatdı

"Neftçi" Mirabdulla ilə müqaviləni uzatdı
ÖLKƏ FUTBOLU 8 İyun 2021 / 15:33 1309
-  A +

“Neftçi”  yetirməsi Mirabdulla Abbasovla müqavilənin müddətini uzadıb.

Qol.az klubun saytına istinadən xəbər verir ki, yeni anlaşmaya görə, 26 yaşlı hücumçu daha 2 il – 2023-cü il mayın 31-dək ağ-qara formanı geyinəcək.

Abbasov “Neftçi”də keçirdiyi 7 mövsüm ərzində 95 oyunda meydana çıxıb, 20 qola imza atıb.

Xatırladaq ki, “Neftçi” bundan əvvəl Ömər Buludov, Fəhmin Murabəyli və Mamadu Mbodjla yeni müqavilə bağlamışdı.

Daha çox


Son xəbərlər
21.12.25  18:54

PSV-dən yeni rekord