"Keşlə"dən 1 transfer, 1 müqavilə

"Keşlə"dən 1 transfer, 1 müqavilə
ÖLKƏ FUTBOLU 7 İyun 2021 / 17:36 3354
-  A +

"Keşlə" yay fasiləsində ilk transferini reallaşdırıb.

Qol.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, son olaraq "Qəbələ"də çıxış edən Merab Qiqauri heyətə cəlb edilib. Gürcüstanlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.

Bundan başqa, komandanın müdafiəçisi Şəhriyar Əliyevlə də müqavilə uzadılıb. Onun da yeni sözləşməsi 1 illikdir.

Xartırladaq ki, Azərbaycan kubokunun son qalibi olan "Keşlə" ölkəmizi Konfrans Liqasında təmsil edəcək.

Daha çox


Son xəbərlər
topaz banner