Bədavi Hüseynov zədələndi

Bədavi Hüseynov zədələndi
ÖLKƏ FUTBOLU 6 İyun 2021 / 22:00 2238
-  A +

Bu gün Moldova ilə yoldaşlıq oyunu keçirən milli komandamız görüşü 10 nəfərlə başa vurub.

Qol.az xəbər verir ki, yığmamızın aparıcı üzvü Bədavi Hüseynov zədələnib.

“Qarabağ”ın müdafiəçisi görüşün 80-ci dəqiqəsində rəqiblə top uğrunda mübarizədə sol ayağından xəsarət alıb. O, görüşü davam etdirə bilməyib. Əvəzetmə limiti dolan yığmamız son dəqiqələri azlıqda keçirib. 

Qeyd edək ki, görüş Moldova millisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. 

Daha çox


Son xəbərlər
topaz banner