"Hondanın “Neftçi”də qalması özündən asılıdır”

"Hondanın “Neftçi”də qalması özündən asılıdır”
ÖLKƏ FUTBOLU 4 İyun 2021 / 13:00 3761
-  A +

“Neftçi” müqaviləsi başa çatan bir neçə futbolçusu ilə yolları ayıracaq.

Bu barədə Qol.az-a klubun mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev məlumat verib.

Onun sözlərinə görə, klub bugünlərdə sözləşməsi baça çatan və yeni razılıq əldə olunmayan futbolçularla vidalaşacaq: “Məsələn, Anton Krivotsyuka yeni müqavilə ilə bağlı təklif göndərmişik, cavab gözləyirik. Digər müqaviləsi başa çatan futbolçuların isə bəzilərinə bugünlərdə təşəkkür məktubu yazacağıq və onlarla vidalaşacağıq. Bundan sonra rəsmi formada açıqlayacağıq”.

Klub rəsmisi müqaviləsi başa çatan məşhur yapon futbolçu Keysuke Honda haqda isə deyib ki, futbolçu özü istəsə, “Neftçi”də qalacaq: “Hondada vəziyyət elədir ki, onunla müqaviləmiz bitib. Bu futbolçunun “Neftçi”də qalması bizdən yox, onun özündən asılıdır. Honda qərar verə bilər ki, yenə “Neftçi”də oynamaq istəyirəm, yaxud da karyerasını bitirə bilər. İndiki vəziyyətdə bizim onunla müqaviləmiz bitib və əgər Honda istəyərsə, sözləşməni uzada bilərik”.

Daha çox


Son xəbərlər
topaz banner