“Neftçi”dən Rəhman Hacıyevlə bağlı yeni qərar

“Neftçi”dən Rəhman Hacıyevlə bağlı yeni qərar
ÖLKƏ FUTBOLU 2 İyun 2021 / 16:07 3128
-  A +

“Neftçi” futbolçusu Rəhman Hacıyevlə müqavilənin müddətini uzadıb.

Qol.az xəbər verir ki, bu haqda klubun saytı məlumat yayıb.

Anlaşmaya görə, 27 yaşlı yarımmüdafiəçi 2024-cü il mayın 31-dək “ağ-qaralar”a məxsus olacaq. Ötən mövsümü icarə əsasında “Keşlə”də keçirən Hacıyev daha 1 il müddətinə bu kluba icarəyə verilib.

Qeyd edək ki, Rəhman Hacıyev 2014-2020-ci illər ərzində “Neftçi”nin heyətində 166 oyunda meydana çıxıb, 16 qola imza atıb.

Daha çox


Son xəbərlər
topaz banner