“Bəlkə də mövsümün əvvəlində ilk pillələrdə olacağımızı heç kim düşünməzdi. Komanda yeni yığılmışdı. Heyətin böyük əksəriyyəti yeni futbolçular idi”.
Bu sözləri "Zirə"nin futbolçusu Qismət Alıyev Qol.az-a açıqlamasında deyib.
24 yaşlı yarımmüdafiəçi növbəti mövsüm daha yaxşı çıxış edəcəklərini bildirib: “Düşünürəm ki, bu mövsüm daha artığını edə bilərdik. Bu, bizim üçün də təcrübə idi. Zədəli futbolçularımız da oldu. Komandaya tam kömək edə bilmədilər. Baş məşqçimiz həmişə bizə daha artığını edə biləcəyimizi deyirdi. Hər işdə bir xeyir var. Daha da yaxşı oynamaq üçün çalışmalıyıq”.
Q.Alıyev 4-cü pillədə başa vurduqları Premyer Liqadakı son mövsümü belə dəyərləndirib:"Düşünmürəm ki, oyunumuzda qeyri-sabitlik oldu. Bir çox oyunlara xeyli itki ilə çıxırdıq. İtirilən xalla bizi motivasiyadan salmırdı. Xal itirsək də, gələn oyuna daha səylə hazırlaşırdıq. İstənilən nəticədən asılı olmayaraq, Rəşad hoca futbolçuların yanında olurdu. Daha yaxşı olmaq üçün onun dediklərini etməyə çalışırdıq. O da əlindən gələnin ən yaxşısını edirdi”.
Alıyev qeyd edib ki, Azərbaycan Premyer Liqasının sonuncu turunun oyunundan sonra baş məşqçi Rəşad Sadıqov onlara bu sözləri deyib: “Hamıya təşəkkürünü bildirdi. Həm oyuna, həm də mövsümə görə. Dedi ki, əlinizdən nə gəldisə, ən yaxşısın etməyə çalışdınız. O, bizə bildirdi ki, siz mənim üçün həm finalçısınız, həm də bürünc medalçı”.
Alıyev sonda millidən dəvət gözlədiyini vurğulayıb: “Hər məşqçinin futbola baxışı fərqlidir. Millimizin baş məşqçisinin də futbola baxışı bir başqadır. Yığmanın məşqçisi demək olar ki, Premyer Liqanın bütün oyunlarını izləyib. Görünür, dəvət almağım üçün daha artığını etməliyəm. Bundan sonra da əlimdən gələnin ən yaxşısını edəcəyəm ki, milliyə çağırılım. Millidə çıxış etmək qürurvericidir”.
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu