Dadaşov oynadı, komandası qələbə qazandı

Dadaşov oynadı, komandası qələbə qazandı
ÖLKƏ FUTBOLU 31 May 2021 / 00:32 1363
-  A +

ABŞ birinci liqasında 6-cı turun oyunları keçirilib.
 
Qol.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi “Finiks Rayzinq” səfərdə “Sakramento Ripablik”lə qarşılaşıb. “Finiks Rayzinq” bu oyundan qələbə ilə ayrılıb - 1:0.
 
Dadaşov da bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan hücumçu sonadək mübarizə aparıb. Millimizin forvardı 35-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.
 
Qeyd edək ki, bu mövsüm keçridiyi 5 oyunda 12 xal toplayan “Finiks Rayzinq” hazırda birinci pillədə qərarlaşıb.

Daha çox


Son xəbərlər
topaz banner