"Yuventus" yeni baş məşqçisini açıqladı

"Yuventus" yeni baş məşqçisini açıqladı
ÖLKƏ FUTBOLU 28 May 2021 / 17:06 198827
-  A +

"Yuventus"un yeni baş məşqçisi müəyyənləşib.

Qol.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komandanı Massimiliano Allqeri çalışdıracaq. O, bu vəzifədə Andrea Pirlonu əvəzləyib.

Qeyd edək ki, italiyalı mütəxəssisin son klubu da "Yuventus" olub. O, 2014-2019-cu illərdə Turin təmsilçisini çalışdırıb. "Yuventus" onun rəhbərliyi altında 5 dəfə A seriyasını, 4 dəfə ölkə kubokunu və 2 dəfə Superkubokunu qazanıb. Bundan başqa, "Yuventus" Alleqri ilə iki dəfə Çempionlar Liqasının finalına qədər irəliləyib.

Daha çox


Son xəbərlər
topaz banner