Son illərin ən maraqlı futbol mövsümünü geridə buraxdıq.
Gözlənilən idi. "Qarabağ" əvvəlki səviyyədə bahalı legionerlər gətirmir, Maksim Medvedev, Rauf Əliyev, Qara Qarayev kimi istedadlı yerli futbolçular da yetişdirmir. Rəşad Sadıqovun gedişi komandanın lidersiz qalmasına səbəb olub.
Düzdü, oturuşmuş heyət və Qurban Qurbanov kimi ÇL qrupu görmüş xarizmatik baş məşqçi, Zubir, Xayme, Medina, Ozobiç kimi Azərbaycan səviyyəsində kifayət qədər güclü legionerlər, illərdir heyətin özəyini təşkil edən Maksim, Bədavi, Qara kimi təcrübəli yerli futbolçular, İsmayıl İbrahimli və başqa gənc istedadlar var.
Amma bu "Qarabağ"da əvvəlki illərlə müqayisədə nəsə çatmır...
Rəşad Sadıqov faktorunu qeyd etdim. Başqa nə? Bəlkə "Qarabağ"ın futbolçuları sadəcə "doyub"? Ölkədaxili yarışlarda uğur, avrokuboklarda qrup mərhələsi onlar üçün motivasiya vermir? Məncə, Qurban Qurbanov başda olmaqla "Qarabağ"ın aparıcı simaları vaxtında xaricə getməli idi. Əminəm, ən azı ÇL-də qrupa yüksələndə hamısının normal təklifləri olub və elə variantlar bir daha çətin ola... Amma xaricdə qüvvələrini sınamaq üçün imkanları tükənməyib və şansdan mütləq yararlanmaq lazımdı!
Bu mənada Mahir Emrelinin "Legiya"ya gedişi təqdirəlayiqdi.. Xüsusən gənclər - İsmayıl İbrahimli və digərləri üçün də belə bir ehtimal yaransa, bundan maksimum istifadə edilməlidi.
...Kaş Qurban Qurbanov qışda Türkiyədən aldığı təklifi geri çevirməyəydi. Düzdü, "Neftçi" ilə oyundan sonra "Qarabağ"ın baş məşqçisinin duruşu, davranışı, sözləri fikrimi bir az qarışdırır ki, görəsən, ölkə futbolunda bu qabiliyyətdə, ləyaqətdə, şəxsiyyətdə neçə adam var? Onlar da getsə, necə olacaq?
Qurbanov son anda çempionluğu qaçırdığı mücadilədən sonra Vətən müharibəsinin qazisi, tanınmış idman jurnalisti Daşqın Əzizə yaxınlaşıb təxminən "Mənim karyeram sənin və sənin kimi igidlərin 44 gündə etdiklərinizin qarşısında çox kiçikdi" sözlərini deyir...
Baş məşqşisi olduğu klub isə "Neftçi" ilə həlledici qarşılaşmadan öncə medal alacaq isimlər arasına sadiq azarkeş - Vətən müharibəsi şəhidi Məhəmmədəli İbrahimlinin də adını yazır və matçın ardından kapitan medalı Məhəmmədəlinin məzar daşından asır, daha sonrasa şəhidimizin ailəsinə təqdim edir...
"Qarabağ" sadəcə bir futbol klubu deyildi. Hər bir azərbaycanlının qəlbindəki nisgil, ağrılı yerimiz idi...
Şükürlər ki, Qarabağ problemi həllini tapdı.
Hansı komandanın rənglərinə könül verməsindən asılı olmayaraq, əksər azərbaycanlıların ürəyində dəyər kimi taxt quran klub isə mənəvi ağırlığını qorumaqda davam edir.
Bunda sözsüz ki, klub rəhbərliyinin, o cümlədən, illərdir həm insanlıqları, həm də peşəkarlıqları ilə hər kəsin rəğbətini qazanmış Emrah Çelikel və Asif Əsgərovun rolunu vurğulamamaq haqsızlıq olar.
"Qarabağ"ın və başqa hansısa klubumuzun yaxın gələcəkdə avrokuboklarda indiyəcən qazanılandan daha yaxşı nəticəyə imza atacağına inanmıram...
Artıq bu məsələ çox önəmli də deyil. İndiki hədəf və gözləntilər fərqlidi. Hətta Çempionlar Liqasının qalibi olmaqdan daha dəyərli və tarixi bir hadisə var ağdamlıların taleyində... "İmarət"dəki avrokubok matçılarına şahidlik etmək üçün hələ yaşayıb-yaratmağa dəyər! Məhəmmədəli kimi qəhrəman oğullar bunun üçün canını verdi. Bu arzu tezliklə mütləq gerçəkləşəcək, əminəm!
Anar Şabanoğlu
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı