“Neftçi”ni təbrik edirəm. Son oyunlar çox istəkli idilər. Təbii ki, tam heyət formalaşmayıb”.
Bu sözləri Qol.az-a açıqlamasında Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov deyib.
74 yaşlı mütəxəssis “Neftçi”nin Çempionlar Liqasına hazırlığı ilə bağlı danışıb. O, komandaya yeni transferlər lazım olduğunu bildirib: “Qarşıdan Çempionlar Liqasının oyunları gəlir. Yeni oyunçular lazım olacaq. Yəqin ki, hazırlıq görülüb, hansı mövqelər üzrə oyunçular lazımdırsa axtarılır. Lakin bir az əvvələ qayıtsaq, onu deyə bilərik ki, "Neftçi" yaxşı mənada başından yuxarı tullanıb çempion oldu. Komandada xarakter var. Həmişə demişəm, çempion olmaq asandır, amma Avropada mübarizə aparmaq çətindir. Ona görə avrokuboklar üçün ciddi hazırlıq görülməlidir. Oyunçular dəvət olunmalıdır, onlarla dərhal müqavilə bağlayıb taktikaya uyğun formalaşdırılmaq lazımdır. Məncə, bir aydan sonra Çempionlar Liqasının yeni mövsümü başlayır. Hazırda "Neftçi"nin bir neçə futbolçusu milliyə dəvət olunub. Onların millidən qayıdandan sonra istirahəti, daha sonra klubun yaxşı bir yerdə təlim məşq toplantısı keçirmək kimi problemi olacaq. Bu problemlər bütün Azərbaycan klublarına aiddir. Nəzərə alsaq ki, pandemiya vəziyyətidir, müəyyən qadağalar var, bəlkə də hazırlıq ölkə daxilində olacaq. Ola bilər ki, istədiyini məşq prosesində alasan, amma oyun zamanı bunun tam əksi olsun. Çempionlar Liqasının klubları güclüdürlər. Bunu da nəzərə almaq lazımdır. Amma komanda nəticə istəyirsə, mütləq şəkildə yaxşı oynamalıdır. Bir misal çəkmək istəyirəm ki, "Neftçi" Rusiya "Arsenalı"na hər iki oyunda qalib gələndə mənə çoxsaylı zənglər gəldi. Hər kəsin xoşuna gəlmişdi. "Arsenal"da yaxşı klub idi. Daha sonra "Neftçi"də sabitlik olmadı. Məsələ budur. "Neftçi" tarixi klubdur. imici var. Mən orada oynamışam, çalışmışam. Zəng edirlər, təbrik edirlər.
Ümumiyyətlə mən istəyirəm ki, çempionluq üçün tək "Qarabağ", "Neftçi" yox, 4-5 klub mübarizə aparsın. "Zirə" "Sumqayıt" "Keşlə" və başqa klublar. Rəqabət güclü olanda, çempionat da güclü olur, əsl inkişaf gedir. Mən inanıram ki, yeni mövsüm çempionluq mübarizəsinə daha bir neçə klub qoşulacaq. Mən əsl mübarizə deyirəm, sözdə deyil, əməldə olan mübarizəni deyirəm. Hərəkətlə, işlə, oyunla, büdcə ilə. O zaman inkişaf olacaq. Aydındır ki, çempion bir komanda olur, amma 4-5 klub mübarizə aparanda hər kəs alqışlayır, hər kəs oyundan razı qalır, heç kim üzülmür. Layiqli oyunlardan sonra irəliləyiş olur. Bundan əlavə Avrokuboklarda da yaxşı çıxış etmək lazımdır”.
Təcrübəli mütəxəssis Yaponiya millisnin sabiq üzvü Keysuke Hondanın qısa “Neftçi” karyerası haqda bunları deyib: “Hondanın gedişi təsir etməyəcək. Mən mütəxəssisəm. Sizə deyim ki, Hondanın adı var. Söhbət yaşdan getmir. Essyen də var idi, “Səbail"ə gələndə 38-39 yaşı var idi. Amma çox iş gördü. Çox ağır mövqeyi var idi. Sadəcə, az şans aldı. Essyen oyunda 80 faiz iş görürdü. Yəni müqayisə etsək, onu daha üstün sayaram. Amma "Neftçi"də hazırda yaxşı oyunçular var. Misal üçün Kaneni vurğulayıram. Ən yaxşı dayaq yarımmüdafiəçisi Kanedir. Üzərində işləyir, cəld oyunçudur. Dayaq yarımmüdafiəsi konkret şəkildə oyun nümayiş etdiririrsə, deməli, orda səhv az olacaq. İndi "Neftçi"yə qol vuran hücumçu və hücumameyilli oyunçular lazımdır. Cərimə meydançasında oynayan futbolçulara böyük ehtiyac var. Yenə deyirəm, Hondanın adı var idi. Honda reklam yönlü futbolçu ola bilər, amma gəldi, biliklərini bölüşdü, çempion oldu getdi. Bunu qiymətləndirirəm”.
A.Mircavadov avrokubklarda iştirak edəcək komandalarımızdan ancaq qələbə gözlədiyini deyib: “Mən ən azı istəyirəm ki, 2 klubumuz avrokuboklarda qrup mərhələsində çıxış etsin. Çempionlar Liqasının qrupunda oynasaq, gözəl olar. Olmasa, Konfrans Liqasında özümüzə yer tutaq. Əsas odur ki, biz kənarda qalmayaq. Ən azı düşünək ki, orada qazandığımız hər qələbə üçün bizə ödəniş edirlər. O maliyyə ki, sən klubu 1 il idarə edə bilərsən. Hətta daha artığı da mümkündür. Əks halda sponsora deyəcəksən ki, mənə filan qədər maliyyə ayır hansına futbolçunu alım. Amma sənin öz pulun olanda rahat şəkildə hərəkət edə bilirsən. Ona görə də ancaq qələbə lazımdır. Hazırda "Neftçi"yə sabit oyun lazımdır. Düzdür, bu il Çempionlar Liqasında güclü komandalar olacaq, amma bu da müsbət haldır. İnkişafın da bir yolu budur. "Qarabağ", "Neftçi", "Sumqayıt" və axşam daha bir avrokubok təmsilçimizin adına aydınlıq gələcək. Hər birinə uğurlar arzu edirəm və qələbə gözləyirəm”.
"Napoli" Konte ilə yollarını ayıracaq?
Aldığı zədədən sonra karyerasını bitirməyi düşünür
Klub biletlərin qiymətini endirdi, tənqidlə üzləşdi
"Qalatasaray"la matçda qələbəni haqq etməliyik"
"Mançester Yunayted" ona görə 60 milyon xərcləməyə hazırdır
Böyükhesablı qələbə "Bavariya"ya baha başa gəldi
"Liverpul" qapıçısı ilə bağlı qərarını verdi
MOK-da Təhlükəsiz İdman Komissiyası yaradıldı
Almaniya millisi baş məşqçisi ilə sağollaşır?
Yamaldan növbəti rekord
Rəhim Həsənov hakimlərin qərarlarını təsdiqlədi - Video
"Yuventus" sanksiyalara görə onunla yolları ayıra bilər
Premyer Liqanın ən çox uduzan komandası oldular
"Çelsi" uduzsa, Fernandes klubdan gedəcək?
Həm dubl etdi, həm cəzalı duruma düşdü
İran DÇ-2026-da iştirakdan imtina etdi - Rəsmi
Kurban Berdıyevin cəzası azaldıldı
Azərbaycan millisinin oyununun biletləri satışa çıxarıldı
Flik: "Kamp Nou"da fərqli oynayacağıq"
İtaliya klubunda yeni baş məşqçi
"Şəmkir" klubuna texniki məğlubiyyət verildi
AFFA "Neftçi"ni 23 min manat cərimələdi
"Sabah" və "Qarabağ"ın məşqçilərinə sərt cəza - Video
Osimhendən emosional paylaşım: "Heç vaxt unutmayacam"
"Sabah"ın qapıçısı Qazaxıstan klubundan təklif alıb
“Trabzonspor”un məşqçisi vəfat etdi
"Şamaxı" "Sportinq"in sabiq futbolçusunu transfer etdi
Eddi Hau: "İnsanları çaşdıra biləcəyimizi göstərdik"
"Tramp İranın DÇ-2026-da iştirak edə biləcəyini təsdiqlədi"
ÇL-in oyunları bu kanallarda
Slot "Qalatasaray"a məğlubiyyətdən danışdı
Mikels dublla "yubiley"ə qovuşdu
"Bavariya" "Atalanta"nı belə atəşə tutdu - Video
1-ci liqa: Lider autsayderin qonağı olacaq
“Azərbaycan liqasına qayıtmaq istəmirəm” – Cəlal Hüseynov
"Tottenhem" tarixində belə uğursuz olmamışdı
Yeni klubu Nərimanı belə təqdim etdi - Video
“Liverpul"un İstanbul məğlubiyyəti - Video
Okan Buruk: "Təsadüf olmadığını göstərdik"
Üç Azərbaycan güləşçisi finalda - Birinin rəqibi ermənidir
"San Paulu"nun yeni baş məşqçisi açıqlandı