Şeydayev "Sabah"da qalacaqmı?

Şeydayev "Sabah"da qalacaqmı?
ÖLKƏ FUTBOLU 21 May 2021 / 11:58 3368
-  A +

Millimizin hücumçusu Ramil Şeydayevin “Sabah”dan ayrılması xəbərinə klubdan münasibət bildirilib.

Paytaxt təmsilçisinin mətbuat xidmətindən Qol.az-a verilən məlumata görə, müqaviləsi başa çatan futbolçunun komandadakı taleyinə hələlik aydınlıq gəlməyib:

“Şeydayevin komandada qalıb-qalmayacağı məsələsi hələ həll olunmayıb. Ümumiyyətlə, bəzi futbolçularla müqavilə müddəti mövsümün sonunda başa çatıb. Kimlərin qalacağı, kimlərlə yolların ayrılacağı qarşıdakı günlərdə bəlli olacaq”.

Qeyd edək ki, Şeydayev ötən ildən “Sabah”da çıxış edir. O, bu mövsüm Premyer Liqada 25 oyuna 6 qol vurub, 1 məhsuldar ötürmə edib.

Daha çox


Son xəbərlər
topaz banner