“Qarabağ"ın müdafiəçisi Elvin Cəfərquliyev Azərbaycan Premyer Liqasının sonuncu turunda "Neftçi"yə 0:1 hesabı ilə uduzduqları oyundan sonra Qol.az saytına müsahibə verib.
- Mövsüm sənin üçün necə keçdi?
- Təəssüflər olsun ki, mövsümü çempion kimi başa vura bilmədik. Amma hər şey yaxşı öz qaydasındadır. Çalışacam ki, çatışmayan cəhətlərimin üzərində işləyib Komandama xeyir verim, yeni uğurlara imza atım. Hər şey indi başlayır.
- “Neftçi” ilə görüşü karyeranın ən ağır oyunlarından biri adlandırmaq olar?
- Bəli, bu oyunun çətin keçəcəyini bilirdik. "Neftçi" bizi yaxşı analiz etmişdi. Mən deyərdim ki, oyun bizim üstünlüyümüz şəraitində keçdi. Çoxlu qol epizodları yaratsaq da, sonda sevinən tərəf rəqib oldu. Bu oyun mənim üçün böyük motivasiya oldu. İnşallah hər şey yaxşı olacaq. İrəli baxırıq. Sadəcə, azarkeşləri sevindirə bilmədiyimiz üçün üzgünəm. Bizim azarkeşlər ən yaxşısına layiqdir.
- Mövsümdə üzə çıxan gənc futbolçulardan biri oldun...
- İlk növbədə baş məşqçimiz güvəndi, əsas heyətdə yer verdi. Daha sonra milli komandaya dəvət aldım. Buna görə Qurban müəllimə təşəkkür edirəm. Mən də öz növbəmdə həmişə çalışıram ki, ümidləri doğruldum. Məqsədim odur ki, limit oyunçusu kimi özümü hiss etdirməyim.
- “Qızıl oyun”da qaləbə üçün nə çatmadı?
- Belə oyunlarda son qərar həlledici olur. Komanda olaraq pis oyun göstərmədik. Hədəf qələbə idi. Futboldur, bir gün udarsan, bir gün uduzarsan.
- Oyunun sonlarında qırmızı vərəqə aldın. Bu epizod haqda nə deyə bilərsən?
- Emosional oldum, bu da başa düşüləndir. Hakimə etiraz bildirdim. Rəqib futbolçusu Stankoviçin əlinə dəyən epizodu ola bilsin düzgün qiymətləndirə bilmərəm, amma Romeroya qarşı epizod açıq-aşkar penalti idi.
- Oyundan sonra paltardəyişmə otağında Qurban Qurbanov sizə nə dedi?
- Qurban müəllim məğlubiyyətə görə üzülməməyimizi bildirdi. Mən fəxr edirəm ki, Qurban Qurbanov kimi baş məşqçim var.
- Bu il Konfrans Liqasında mübarizə aparacaqsınız. Bu barədə nə deyə bilərsən?
- Yeni yaranmış liqadır. Düşünürəm ki, maraqlı olacaq. Ümid edirəm ki, Azerbaycanı bu liqada yüksək səviyyədə, layiqincə temsil edəcəyik.
Ağa Dadaşzadə
PSJ yenə büdrədi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı
Salah “Trabzonspor”un məğlubiyyətindən danışdı
“Mançester Yunayted”in yeni transferi zədələndi
“Barselona” və "Real"ın ən çox qazananları
İnyesta bu klubun baş məşqçisi oldu
“İmişli” anqolalı futbolçu transfer etdi
Avroliqa: Püşkün nəticələri
"Trabzonspor"un rəqibləri məlum oldu
Morata aşağı liqa klubuna keçir
“Qarabağ”ın yeni transferlərə ödədiyi məbləğ - Eksklüziv
"Beşiktaş"ın Avropa Liqasındakı rəqibləri bəlli oldu
"Çelsi"nin futbolçusu La Liqa klubuna keçdi
Misli Premyer Liqasında 3-cü turun hakimləri açıqlandı
"Bir qədər vaxta ehtiyacımız var" - Bense Varkonyi
Leon Qoretzkanın transferi açıqlandı
Fatih Tekke istefa verdi, "Trabzonspor" qəbul etmədi
“Qarabağ”ın qarşısında yox, yanında olmaq zamanı…