Premyer Liqanın 28-ci turunun “Qarabağ”la oyunundan sonra “Neftçi”nin prezidenti Kamran Quliyev jurnalistlərin suallarını cavablandırıb.
Qol.az xəbər verir ki, klub rəhbəri 1:0 hesablı qələbə, qazanılan çempionluq və planlar barədə danışıb.
- “Neftçi” 7 illik hegemonluğa son qoydu. Çempionluq necə hisslərdir? Danışmırdınız, son matçı gözləyirdiniz...
- Danışılası bir vəziyyət də deyil. Deməyə də güc qalmayıb. Amma həmd olsun Allaha. Ürəkdən təbrik edirəm. Bu, “Neftçi”yə sevgi-məhəbbətlə yanaşan hər insanın, ürəyi “Neftçi” ilə döyünən hər kəsin qələbəsidir. Bu gün biz uzun müddətdən, uzun fasilədən sonra yenə də zirvədəyik. “Neftçi” axırıncı dəfə 2013-cü ildə çempion olub. 8 il qələbə, 1-ci yer həsrətində olan bizim azarkeşlərə sadəcə “əhsən” deyirəm.
- “Qarabağ”ın hegemonluğuna son qoymaq çox çətin oldu?
- Bizim bugünkü rəqibimizin müəyyənləşdiyi səviyyə o qədər yüksək idi ki, ona bir addımla, bir hərəkətlə çatmaq mümkün deyildi. Biz davamlı, yavaş-yavaş, addım-addım buna nail olduq. Uğurlu dönəmdən sonra “Neftçi” çox çətin durumda idi. Bu müddətdə klubda işləyən hər kəsin, əvvəlki rəhbərlər, Müşahidə Şurası, Elnur Məmmədov, Orxan Hüseynzadənin bu qələbədə payı var. Bizim bu mövsüm başlayanda idman direktorumuz Ceyhun Sultanov, baş məşqçimiz Füzuli Məmmədov, əvvəlki çalışdırıcımız Roberto Bordin – hər kəsin bunda payı var. Onlara sadəcə mesaj yollamaqla deyil. Hər kəsin bunda payı var. Başda azarkeşlər olmaqla. Bizim sponsorlar, bizə dəstək olan hər kəs, “Neftçi” camiəsi deyərdim. Təkcə bizim azarkeşlər deyil, ürəyi bizimlə döyünənlər, bir də bizim qəhrəmanlar. Qəhrəmanlar deyəndə klubumuzda çalışan hər kəsi nəzərdə tuturam. Hər əməkdaşdan baş məşqçiyə qədər.
- Son dəqiqələr çətin keçdi. Qələbə qazanılacağına inam var idi?
- Təbii ki. Oyunun gedişatı elə idi ki, hər iki komanda qol vura bilərdi. Bu gün “Neftçi”sevərlərin üzü gülür. O deməkdir ki, qismətimizdə bu var idi. “Neftçi”nin ruhu, gücü hamının göz qabağındadır.
- Samir Abasov baş məşqçi postunda qalacaq?
- Siz zarafat edirsiniz? Təbii ki. Bir neçə günə Müşahidə Şurasının iclası olacaq. Biz hesabat verməliyik. Həm şura, həm ictimaiyyət qarşısında bunu etməliyik. Çempionlar Liqasını indi düşünmürəm, amma sabahdan bütün əhval-ruhiyyəni bir kənara qoyub, gizlədəcəyik. Yenə iş başında olacağıq.
- Heyət gücləndiriləcək?
- Təbii ki. Çempionlar Liqası başqa səviyyədə olan yarışdır. Biz çalışacağıq ki, güclü heyət formalaşdıraq.
- Futbolçuların uğurlu nəticələri sponsorları daha çox xərcə salmayacaq ki?
- Sponsorlar həmişə kluba dəstək olub. Bundan artığını istəyə bilmərik. Çünki çətin durumdur. Ölkədə böyük hadisə baş verib. Torpaqlarımızı azad etmişik. İndi bütün ölkə bir az çətin durumdadır. Əlavə yük istəmirik. Ötən ildən indiyədək müəyyən qədər büdcəmizdə ixtisar da eləmişik. Amma faydalı iş əmsalı yüksək olub.(apasport.az)
"Napoli" Konte ilə yollarını ayıracaq?
Aldığı zədədən sonra karyerasını bitirməyi düşünür
Klub biletlərin qiymətini endirdi, tənqidlə üzləşdi
"Qalatasaray"la matçda qələbəni haqq etməliyik"
"Mançester Yunayted" ona görə 60 milyon xərcləməyə hazırdır
Böyükhesablı qələbə "Bavariya"ya baha başa gəldi
"Liverpul" qapıçısı ilə bağlı qərarını verdi
MOK-da Təhlükəsiz İdman Komissiyası yaradıldı
Almaniya millisi baş məşqçisi ilə sağollaşır?
Yamaldan növbəti rekord
Rəhim Həsənov hakimlərin qərarlarını təsdiqlədi - Video
"Yuventus" sanksiyalara görə onunla yolları ayıra bilər
Premyer Liqanın ən çox uduzan komandası oldular
"Çelsi" uduzsa, Fernandes klubdan gedəcək?
Həm dubl etdi, həm cəzalı duruma düşdü
İran DÇ-2026-da iştirakdan imtina etdi - Rəsmi
Kurban Berdıyevin cəzası azaldıldı
Azərbaycan millisinin oyununun biletləri satışa çıxarıldı
Flik: "Kamp Nou"da fərqli oynayacağıq"
İtaliya klubunda yeni baş məşqçi
"Şəmkir" klubuna texniki məğlubiyyət verildi
AFFA "Neftçi"ni 23 min manat cərimələdi
"Sabah" və "Qarabağ"ın məşqçilərinə sərt cəza - Video
Osimhendən emosional paylaşım: "Heç vaxt unutmayacam"
"Sabah"ın qapıçısı Qazaxıstan klubundan təklif alıb
“Trabzonspor”un məşqçisi vəfat etdi
"Şamaxı" "Sportinq"in sabiq futbolçusunu transfer etdi
Eddi Hau: "İnsanları çaşdıra biləcəyimizi göstərdik"
"Tramp İranın DÇ-2026-da iştirak edə biləcəyini təsdiqlədi"
ÇL-in oyunları bu kanallarda
Slot "Qalatasaray"a məğlubiyyətdən danışdı
Mikels dublla "yubiley"ə qovuşdu
"Bavariya" "Atalanta"nı belə atəşə tutdu - Video
1-ci liqa: Lider autsayderin qonağı olacaq
“Azərbaycan liqasına qayıtmaq istəmirəm” – Cəlal Hüseynov
"Tottenhem" tarixində belə uğursuz olmamışdı
Yeni klubu Nərimanı belə təqdim etdi - Video
“Liverpul"un İstanbul məğlubiyyəti - Video
Okan Buruk: "Təsadüf olmadığını göstərdik"
Üç Azərbaycan güləşçisi finalda - Birinin rəqibi ermənidir
"San Paulu"nun yeni baş məşqçisi açıqlandı