"Bürünc medalı təmin etdik. Komandada olan hər kəsi təbrik edirəm. "Səbail"ə uğurlar arzulayıram. Çətin mövsüm keçdi, amma "Səbail" əla çıxış etdi. Aftandil Hacıyev yaxşı komanda qurub. Onlarla oynamaq heç də asan deyil. Bu oyun bizim üçün önəmli idi. Azarkeşlərimizi təbrik edirəm. İlk dəfə bürünc medal qazandıq. Hələ iş bitməyib, bu oyunda qələbə qazandıq. İnşallah, finalda da qələbə gözləyirəm. Kuboka hazırlaşırıq, vaxtımız azdır. Bir daha hər kəsi təbrik edirəm".
Qol.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının sonuncu turunda səfərdə "Səbail"ə 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransında deyib.
O, bu matçla parelel keçirilən "Zirə" - "Sabah" oyununa (1:2) da toxunub: "Zirə"yə gəldikdə onların məğlubiyyətini gözləyirdim. Söhbət onlardan getmir, bizim çempionatdan hər şey gözləyirəm. Son 3 turda, biz xal itirdik, "Zirə" önə keçdi, sonra əksinə oldu. Əgər bu gün biz qalib olmasaydıq, vəziyyət başqa cür olacaqdı. Əsas qalib olmaq idi, bunu da bacardıq".
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu