Bu gün 2020/21 mövsümü üçün Azərbaycan Premyer Liqasının qalibi müəyyənləşəcək.
Qol.az xəbər verir ki, sonuncu - 28-ci turun bağlanıç matçında əzəli rəqiblər “Neftçi” ilə “Qarabağ” üz-üzə gələcək. Oyun saat 20.30-da “Dalğa Arena”da başlanacaq. Hazırda “Qarabağ” 57 xalla birinci, “Neftçi” 56 xalla ikinci yeri tutur. Ona görə də paytaxt təmsilçisi çempionluq üçün mütləq qalib gəlməlidir, Ağdam klubuna isə heç-heçə də sərf edir.
Məlumdur ki, Premyer Liqamızda son 7 il “Qarabağ”ın mütləq hökmranlığı ilə keçir. 2013/14 mövsümündən başlayaraq qızıl medalları bir qayda olaraq Qurban Qurbanovun komandası qazanır. “Neftçi”yə gəlincə, komandanın sonuncu çempionluğu 2021/13 mövsümünə təsadüf edir. Ona görə də “ağ-qaralar” bugünkü əla fürsəti əldən qaçırmamağa çalışacaq. Yəni indi hər şey “Neftçi”nin özündən asılıdır: “Qarabağ”dan gücləsənsə qalib gəl və çempion ol. Yeri gəlmişkən, hazırda hər iki komandanın aktivində 8 çempionluq var. Ona görə də bu gün uğur qazanan komanda hamıdan çox – 9 dəfə dəfə Azərbaycan çempionu olan ilk klub kimi tarixə düşəcək.
Bumövsümkü çempionluq daha çox avrokuboklar baxımından böyük əhəmiyyət daşıyır. Məlumdur ki, 2021/22 mövsümündən başlayaraq Azərbaycanın üç klubu Avropa Liqasına buraxılmayacaq və UEFA-nın yeni yaratdığı, aşağı reytinqli komandaların Konfrans Liqasında oynayacaq. Bu mənada yalnız çempion olan komanda Çempionlar Liqasına düşməklə yanaşı həm də Avropa Liqasında oynamaq şansını saxlayacaq. Bəs, bu, hansı halda mümkündür?
Azərbaycan çempionu üçün 3 turnir
Azərbaycan Premyer Liqasının budəfəki qalibi yeni mövsümdə Çempionlar Liqasına birinci təsnifat mərhələsindən başlayacaq. Əgər bu mərhələdə komandamız uduzarsa, bu halda əvvəlkitək Avropa Liqasının deyil, Konfrans Liqasının ikinci mərhələsində oynayacaq. Çempionumuz yalnız ÇL-də ikinci mərhələdə dayanacağı halda mübarizəni Avropa Liqasında davam etdirə biləcək (üçüncü mərhələdən). Bu halda komandamız bir mərhələ adlayıb Avropa Liqasının pley-offuna çıxsa və hətta orada uduzsa, onda avrokuboklarda mübarizəni başa vurmayacaq. Təmsilçimiz Konfrans Liqasının qrupunda oynamaq hüququ əldə edəcək. Yəni budəfəki Azərbaycan çempionluğunun avrokuboklarda iştirak baxımından əhəmiyyəti əvvəlki illərə nisbətən daha önəmlidir. Həm Avropa turnirinlərdə daha çox oynayırsan (3 turnirin hamisinda), həm də UEFA-dan daha çox gəlir qazanmaq imkanı əldə edirsən. Amma qeyd etdiyimiz kimi, bunun üçün ən azı Avropa Liqasının pley-off mərhələsinə qədər gəlmək şərtdir. Hərçənd ən ideal variant ÇL-in qrupu, bu, baş verməsə Avroliqanın qrupu olar…
Qeyd edək ki, hazırda UEFA-da “Qarabağ” ən reytinqli klubumuzdur. Bu, Ağdam klubunun dalbadal 7 il Avropa kuboklarında qrupa düşməsi sayəsində mümkün olub. Ona görə də Ağdam təmsilçisi çempion olsa, ÇL-in birinci mərhələsində nisbətən güclü klubların yer aldığı “səpələnmişlər” səbətində yer alacaq və reytinqi aşağı olan komanda ilə qarşılaşacaq. Bu, “Qarabağ”a ÇL-də daha da irəli getmək imkanı verir. “Neftçi”nin reytinqi isə aşağıdır və “ağ-qaralar” çempion olarsa, bu halda ÇL-in birinci mərhələsində “səpələnməmişlər” səpətində yer almaqla daha güclü rəqiblə qarşılaşacaq.
Beləliklə, göründüyü kimi budəfəki çempionluğun əhəmiyyəti əvvəlki illərdən daha önəmlidir. Birinciliyə kimin layiq olduğunu isə bu gün axşam keçiriləcək oyun göstərəcək.
"Napoli" Konte ilə yollarını ayıracaq?
Aldığı zədədən sonra karyerasını bitirməyi düşünür
Klub biletlərin qiymətini endirdi, tənqidlə üzləşdi
"Qalatasaray"la matçda qələbəni haqq etməliyik"
"Mançester Yunayted" ona görə 60 milyon xərcləməyə hazırdır
Böyükhesablı qələbə "Bavariya"ya baha başa gəldi
"Liverpul" qapıçısı ilə bağlı qərarını verdi
MOK-da Təhlükəsiz İdman Komissiyası yaradıldı
Almaniya millisi baş məşqçisi ilə sağollaşır?
Yamaldan növbəti rekord
Rəhim Həsənov hakimlərin qərarlarını təsdiqlədi - Video
"Yuventus" sanksiyalara görə onunla yolları ayıra bilər
Premyer Liqanın ən çox uduzan komandası oldular
"Çelsi" uduzsa, Fernandes klubdan gedəcək?
Həm dubl etdi, həm cəzalı duruma düşdü
İran DÇ-2026-da iştirakdan imtina etdi - Rəsmi
Kurban Berdıyevin cəzası azaldıldı
Azərbaycan millisinin oyununun biletləri satışa çıxarıldı
Flik: "Kamp Nou"da fərqli oynayacağıq"
İtaliya klubunda yeni baş məşqçi
"Şəmkir" klubuna texniki məğlubiyyət verildi
AFFA "Neftçi"ni 23 min manat cərimələdi
"Sabah" və "Qarabağ"ın məşqçilərinə sərt cəza - Video
Osimhendən emosional paylaşım: "Heç vaxt unutmayacam"
"Sabah"ın qapıçısı Qazaxıstan klubundan təklif alıb
“Trabzonspor”un məşqçisi vəfat etdi
"Şamaxı" "Sportinq"in sabiq futbolçusunu transfer etdi
Eddi Hau: "İnsanları çaşdıra biləcəyimizi göstərdik"
"Tramp İranın DÇ-2026-da iştirak edə biləcəyini təsdiqlədi"
ÇL-in oyunları bu kanallarda
Slot "Qalatasaray"a məğlubiyyətdən danışdı
Mikels dublla "yubiley"ə qovuşdu
"Bavariya" "Atalanta"nı belə atəşə tutdu - Video
1-ci liqa: Lider autsayderin qonağı olacaq
“Azərbaycan liqasına qayıtmaq istəmirəm” – Cəlal Hüseynov
"Tottenhem" tarixində belə uğursuz olmamışdı
Yeni klubu Nərimanı belə təqdim etdi - Video
“Liverpul"un İstanbul məğlubiyyəti - Video
Okan Buruk: "Təsadüf olmadığını göstərdik"
Üç Azərbaycan güləşçisi finalda - Birinin rəqibi ermənidir
"San Paulu"nun yeni baş məşqçisi açıqlandı