Namiq, yoxsa Mahir?

Namiq, yoxsa Mahir?
ÖLKƏ FUTBOLU 19 May 2021 / 09:58 1956
-  A +

Bu gün Azərbaycan Premyer Liqasında mövsümün qalibi ilə yanaşı, çempionatın bombardiri də müəyyənləşəcək.

Qol.az xəbər verir ki, bu yer uğrunda çempionluq üçün mübarizə aparan "Neftçi" və "Qarabağ"ın futbolçuları yarışır.

"Neftçi"nin yarımmüdafiəçisi Namiq Ələsgərov hazırda 19 qolla bombardirlər yarışında 1-ci, "Qarabağ"ın hücumçusu Mahir Emreli isə 18 qolla 2-cidir. Namiq bu qolları 25, Mahir isə 21 oyuna vurub. Bugünkü oyunda futbolçuların qol sayı bərabərləşsə, hər ikisi mövsümün bombardiri sayılacaq.

Qeyd edək ki, bu gün "Dalğa Arena"da keçiriləcək "Neftçi" - "Qarabağ" oyunu saat 20:30-da başlayacaq.


Bombardirlər:

Namik Ələskərov ("Neftçi") - 19 qol
Mahir Emreli ("Qarabağ") - 18 qol
Filip Ozobiç ("Qarabağ") - 11 qol
Əli Qurbani ("Sumqayıt") - 9 qol
Davit Volkov ("Zirə") - 8 qol
Rəhim Sadıxov ("Sumqayıt") - 8 qol
Abdullah Zubir ("Qarabağ") - 7 qol
Kvabena Ovusu ("Qarabağ") - 7 qol

Daha çox


Son xəbərlər
topaz banner