“Qarabağ”ın prezidenti Tahir Gözəl bu gün komandanın bazasını ziyarət edib.
Qol.az klubun saytına istinadən xəbər verir ki, ziyarət zamanı Azərbaycan Premyer Liqasının son turunda “Neftçi” ilə keçirəcəkləri matç haqqında da danışıb və futbolçulara uğurlar arzulayıb: 
“Biz uzun illər Cənab Prezidentin “Qarabağ Azərbaycandır!” çağırışının ən böyük təbliğatçılarından olmağa çalışmışıq. Ardıcıl 7 il çempion olaraq avrokubokların qrup mərhələsində Qarabağ adını bütün Avropada qürurla daşımışıq. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan əsgərinin böyük zəfəri sayəsində artıq azad Qarabağı təmsil edirik. Bu münasibətlə sizi təbrik edirəm. Qarabağ azad olunduqdan sonra bu, ilk görüşümüzdür. İnanıram ki, Qarabağ tezliklə abadlaşdırılacaq. Yerlə yeksan edilmiş şəhərlərimizin yerində yeni tikililər göz oxşayacaq. Digər tərəfdən koronavirusun dünya iqtisadiyyatına mənfi təsiri oldu. Lakin biz “Qarabağ” adını, klubun Azərbaycan üçün mənəvi cəhətdən necə önəm daşıdığını heç vaxt unutmadıq. Əlimizdən gələni etdik ki, maliyyə sıxıntıları kluba təsir etməsin. Ötən mövsüm yarımçıq qaldı. Komandamız 5 aya yaxın futbol oynamadı. Futbolçular istədiyimiz kimi hazırlıq keçə bilmədi. Üstəlik avrokuboklarda təsnifat mərhələləri cəmi 1 oyundan ibarət idi. Bütün bu çətinliklərə rəğmən, “Qarabağ” qruplara qalmağı bacardı. Özü də Vətən Savaşının 3-cü günündə, çox həssas məqamda böyük zəfər əldə edərək. Anlayırıq ki, “Qarabağ” futbol klubu olaraq, missiyamız bununla bitmir. Bundan sonra da Qarabağın adını Avropada hər kəsə duyurmalıyıq. Hər zaman deyirəm ki, mənim üçün əsas olan klubumuzun bir illik uğuru deyil, davamlı nəticələrdir. Hər şəraitdə Azərbaycanı layiqincə təmsil etmək istəyirik".
T.Gözəl deyib ki, komandasına inamı sonsuzdur: "10-15 il əvvəl kimsə “Qarabağ” Çempionlar Liqasında oynayacaq, ardıcıl 7 il avrokuboklarda qrup mərhələsində iştirak edəcək desə, heç kim ona inanmazdı. Amma mən o gün də “Qarabağ”ımıza inanırdım, bu gün də inanıram. Biz "Çelsi", "Tottenhem", "Arsenal" kimi rəqiblərlə qarşılaşdıq, "Atletiko"nu qrupda saxladıq. Bilirəm ki, bu mövsüm də çox çalışmışıq. Son oyun növbəti vacib qarşılaşmamızdır. Mayın 19-da “Neftçi” ilə matçda da lazım olan nəticəni əldə edib, yenidən Azərbaycan çempionu adını qazanacağımıza inanıram.”
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu