Peşəkar Futbol Liqası “Qarabağ” və “Neftçi” azarkeşlərinin müraciətinə münasibət bildirib.
Qeyd edək ki, “İmarət” və “Forza Neftçi” azarkeş qrupunun müraciətində Premyer Liqanın 28-ci turunun “Neftçi” - “Qarabağ” oyununa fanatların buraxılması xahiş edilib. Məlum olduğu kimi, bu görüşdə çempionluğun taleyi həll olunacaq və buna görə də matç “qızıl oyun” da adlandırılır.
Məsələ ilə bağlı PFL prezidenti Ramin Musayev Qol.az saytına verdiyi açıqlamada bildirib ki, çempionatın son turunun bütün matçları həm yayımçı kanal, həm də rəhbərlik etdiyi qurumun saytı vasitəsi ilə canlı göstəriləcək: “Yəni azarkeşlərin oyunu evdən izləmələri üçün şərait yaradılıb. Bu gün hamımız üçün ən vacib olan canımızın sağlığıdır. Şükür ki, ölkəmizdə pandemiya ilə bağlı durum yaxşıdır. Aparılan doğru mübarizə nəticəsində son vaxtlar yoluxma sayı aşağı düşüb ki, bu da bizi sevindirir. Biz Operativ Qəragahın verdiyi qərarlarla razıyıq və çempionatın davam etməsində kimlərinki əziyyəti olub, onlara təşəkkür edirik. Bütün bunları nəzərə alaraq, azarkeşlərdən xahiş edirik ki, vəziyyəti düzgün qiymətləndirsinlər. Burada heç kimin marağı yoxdur. Burada ümumi marağımız odur ki, insanların sağlamlığını qoruyaq, problem yaşanmasın. Qayda-qanun isə hamı üçün birdir”.
R.Musayev bildirib ki, bütün bunları nəzərə alaraq, “Neftçi” – “Qarabağ” matçına azarkeşlər buraxılmayacaq.
Qeyd edək ki, bu oyun da daxil olmaqla Premyer Liqamızda 2020/21 mövsümünün sonuncu turunun bütün görüşləri mayın 19-da keçiriləcək.
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu