"Səbail"in qvatemalalı qapıçısı Nikolas Hagen Qol.az saytına müsahibə verib.
- Artıq mövsümün sonuna 2 tur qalıb. "Səbail"in çıxışını necə dəyərləndirirsiniz?
- Hər oyun meydana qələbə üçün çıxırıq. Bu mövsüm enişli-yoxuşlu oldu. Bəzən istədiyimiz kimi, bəzən də uğursuz çıxış etdik. Buna rəğmən, komanda bir yerdə oldu. Futbolçular yaxşı mübarizə aparır. Turnir cədvəlində ilk sırada olmasaq da nəticəni pis hesab etmirəm.
- Öz çıxışınız haqda nə deyə bilərsiniz?
- Normal çıxış edirəm. Hər şey qaydasındadır. Yüksək performans sərgiləmək isəyirəm.
- Azərbaycan çempionatının durumu sizi qane edir?
- Əlbəttə, yaxşı çempionatın keçir. Zamanla Azərbaycan futbolu irəli gedəcək, inkişaf edəcək. Mənə gəldikdə isə buranı inkişaf etmək üçün əla yer hesab edirəm. Düşünürəm ki, karyeramda daha da irəli gedəcəyəm.
- Bakıda günləriniz necə keçir?
- Maraqlı insanlar görürəm, mədəniyyətinizi bəyənirəm. Komanda yoldaşlarımla münasibətim yaxşıdır. Düzdür, ev elə evdir, yəni ölkəmlə buranı müqayisə etmək istəmərəm. Amma bura da yaxşıdır, darıxmıram.
- Azərbaycan mətbəxi ilə aran necədir?
- Burada ən çox şaftalını bəyənirəm. Çox dadlı və xeyirlidir. Ümumiyyətlə bir çox yeməkləri bəyənirəm.
- Klubunu dəyişmək kimi bir planın var?
- Bu haqda hələlik heç bir şey deyə bilmərəm. Hələ "Səbail"in uğurları üçün çalışıram. Ən böyük istəyim çempionatı yaxşı performansla başa vurmağımdır.
Ağa Dadaşzadə
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu