"Neftçi"dən son 10 ilin rekordu

"Neftçi"dən son 10 ilin rekordu
ÖLKƏ FUTBOLU 10 May 2021 / 11:58 5328
-  A +

Azərbaycan Premyer Liqasının 16-cı turunda “Səbail”ə 4:0 hesabı ilə qalib gələn “Neftçi” mövsümdə 5-ci böyükhesablı qələbəsini qazanıb.

Qol.az xəbər verir ki, bu, Bakı klubu üçün son 10 ildə rekord göstəricidir. Paytaxt təmsilçisi 2010/11 mövsümündən sonra bu qədər böyükhesablı qələbə qazanmamışdı. Həmin il “ağ-qaralar” 6 dəfə üç və ya daha çox top fərqilə qalib gəlib. Bakılıların mütləq rekordu isə 1992-ci ildə qeydə alınıb. Həmin vaxt komanda 14 dəfə rəqibini böyük fərqlə məğlubiyyətə edib.

Qeyd edək ki, “Neftçi” bu mövsüm “Qəbələ” (4:1), “Zirə” (4:0) və “Keşlə”ni (3:0) bir, “Səbail”i iki (4:0, 4:0) dəfə böyük hesabla üstələyib.(pfl.az)

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı