Mahir Emrelidən yubiley qolu

Mahir Emrelidən yubiley qolu
ÖLKƏ FUTBOLU 10 May 2021 / 11:26 3665
-  A +

Mahir Emreli “Qarabağ”ın heyətində 70-ci qoluna imza atıb.
 
Qol.az xəbər verir ki, bu, Azərbaycan Premyer Liqasının 26-cı turuna təsadüf edib.

“Sabah”la görüşdə (4:0) fərqlənən hücumçu Ağdam təmsilçisində yubiley qoluna sevinib. 2015/16 mövsümündən “Qarabağ”da çıxış edən Mahir bu qollardan 58-ni Premyer Liqa, 7-sini ölkə kuboku, 5-ni avrokuboklarda rəqib qapısından keçirib.

“Sabah”la qarşılaşmadakı qol Emrelinin bu mövsüm Premyer Liqada 17-ci qolu olub. Bununla da forvard karyerasının mütləq rekorduna imza atıb. O, 16 qola sevindiyi 2018/19 mövsümündəki göstəricisini arxada qoyub.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi