"Rəqibi təbrik edirəm. "Qarabağ" bütün komponentlərdə üstün idi və layiqli qələbə qazandı".
Qol.az xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Ramin Quliyev Premyer Liqanın 26-cı turuna bu gün "Qarabağ"a uduzduqları oyundan (0:4) sonra mətbuat konfransında deyib.
Kapitan Ruslan Abışovun heyətdə yer almamasının səbəbini açıqlayan baş məşqçis rəqibə müqavimət gösərə bilmədiklərini etiraf edib: "Ruslan Abışov dünən məşqdən sonra özünü yaxşı hiss etmirdi. Ona görə onu heyətdən çıxardıq. Əlimizdə olan maksimum heyətdən istifadə etdik. İlk hissədən sonra uşaqlara dedim ki, döyüşsüz məğlub olduq. Ola bilər ki, hardasa səhvlər etdik, boşluqlar verdik. Oyunu əks-hücumlar üzərində qurmuşduq. Bu gün əzmkarlıq və istək aşağı səviyyədə idi. Məğlub olanda da, məğlubiyyəti həzm etmək lazımdır. Bu gün mən bunu qəbul edirəm".
Gənc mütəxəssis klubdakı gələcəyi ilə bağlı qərarı rəhbərliyin verəcəyini bildirib: "Mən bu haqda heç nə deyə bilmərəm. Mən də istəyərəm qalım. Ancaq bu, rəhbərliyin qərarıdır".
Ramin Quliyev müdafiəçi Təmkin Xəlilzadənin "Neftçi" ilə razılaşmas haqda xəbərələrə də şərh verib: "Mən də bunu mətbuatdan oxumuşam. O, hazırda bizim futbolçumuzdur və mövsümün sonuna qədər vaxt var. Danışıb-danışmaması söhbətləri xoşagəlməzdir. Bu haqda dəqiq məlumatım yoxdur. Mətbuatda yazılanların dəqiq olub-olmamasından xəbərsizəm".
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu