"Futbolçularımı təbrik edirəm. Vacib qələbə qazandıq. Daha önəmlisi isə komandanın ilk dəqiqələrdən tempi qaldırması idi".
Qol.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 26-cı turunda səfərdə "Sabah"a 4:0 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransında deyib.
49 yaşlı mütəxəssis oyundan razı qaldığını bildirib: "Hər şey düşündüyümüz kimi alındı. Bəzən daha istəkli olanda hər şey asan olur. Ramin Quliyevə uğurlar arzu edirəm. O, komandanın sükanı arxasına keçdikdən sonra oyunlarında müsbət dəyişiklik hiss olunur. Bir də stadionu qeyd etmək istərdim. Ot örtüyü möhtəşəm idi".
Qurbanov penalti zərbəsini Mahir Emrelinin vurmamasının səbəbini izah edib: "Futbolçuya bombardir olmalısan, demək düzgün deyil. Əsas komandanın qələbəsidir. Digər tərəfdən, bu, oyunçunun psixologiyasına mənfi təsir edə bilər. Qəbələdə də belə hal olmuşdu. Penalti ilə futbolçunu arxayınlaşdırmamalıyıq. Amma daha çox qol vurmasını istərdim. Qeyri-dəqiqlikləri olduğundan penaltini Maksimə həvalə etdim".
Baş məşqçi 27-ci turda "Keşlə" ilə keçirəcəkləri oyuna da toxunub: "Hələ vaxtımız var. Belə oyunlarda məni futbolçunun ikinci sarı vərəqəni görməsi narahat edir. Ağıllı futbolçular onu asanlıqla təxribata çəkə bilər. "Keşlə"nin oyunlarına baxıb analiz edəcəyik. Bundan sonra Rahil Məmmədovun meydana çıxması ilə bağlı qərar veriləcək".
O, Emrelinin Polşa "Legiya"sı ilə anlaşması barədə xəbərlərə də aydınlıq gətirib: "Olsaydı, biz də bilərdik. Hazırda əsas fikrimiz qarşıdakı matçlardadır. Hələ ki, tələsmir. Başqa variantları da var. Amma rəsmi təklif gəlməyib".
Baş məşqçi "Qarabağ"ın Portuqaliya çempionatında çıxış edən braziliyalı yarımmüdafiəçi Felipe Rayanla maraqlanması ilə bağlı məlumata münasibət bildirib: "Hazırda 15-20 oyunçu ilə danışıq gedir. Rəsmi təklif yoxdur. Sadəcə, maraqlandığımız oyunçulardan biri ola bilər".
Qurbanov tez-tez ortaya atılan "Torpaqlar işğal altında idi deyə, "Qarabağ"a diqqət ayrılırdı" fikri ilə razılaşmadığını vurğulayıb: "Belə şey ola bilməz. Rəhbərlik komandaya bu qədər maliyyə ayırır, əziyyət çəkir. Torpaqlarımızın azad olunması "Qarabağ"a sevgini daha da artırmalıdır. Amma dediyim kimi, belə fikirlərə inanmıram. Niyə düşünürlər ki, "Qarabağ" zəifləyib? Transfer etmək asan deyil. Dünyada da belədir. Rəhbərlik belə bir fikrə heç vaxt düşməz. Hər zaman bu komandanı qoruyub saxlamaq istəyəcəklər. Abdulbari Gözəl hər zaman deyib ki, mən var olduğum müddətdə komandanı yaşadacağam. Çünki "Qarabağ" dəyərdir".
Mütəxəssisin sözlərinə görə, sponsor pul ayırmasa, komanda ayaqda qala bilməz: "Ən çox gəlirimiz UEFA-dan gəlib. Amma komandanı saxlamaq heç də asan deyil. Xərclər böyükdür".(Report)
Birlikdə 100 qol vurdular
Alvares La Liqadan gedəcək?
"Atletiko" - "Arsenal" matçının start heyətləri açıqlandı
Muradov başladı, Cəfərli bitirdi
FİFA DÇ-2026-nın mükafat fondunu artırdı
"Şahdağ Qusar" və "Zaqatala"dan qələbə, "Şəfa" xal itirdi
Rəqibə yumruq atan futbolçu sərt cəzalandırıldı
"Qolların hamısını dəf etmək çətin idi"
4 illik diskvalifikasiya olundu
Zidanın oğlu sıradan çıxdı
Hakimi yarımfinal matçını buraxa bilər
Qapını 70 yaşlı qapıçıya həvalə edəcəklər
Türkiyə Kubokunda finalın vaxtı və yeri dəyişdi
"Neftçi" - "Qarabağ" oyununun hakimləri açıqlandı
“Qarabağ” portuqaliyalı futbolçu ilə maraqlanır
Fransa klubunda baş məşqçi ayrılığı
"Bayer"lə yeni müqavilə bağladı - Rəsmi
AFFA İntizam Komitəsinin qərarları
Noyer ÇL antirekordunu təkrarladı
AFFA-nın vitse-prezidenti "Nou Kamp"dakı oyuna təyinat aldı
FİFA futbola məcburi 1 yerli gənc oyunçu limiti gətirir
Azərbaycan millisi UEFA İnkişaf Turnirində iştirak edəcək
Kompani PSJ ilə oyun və şansları haqda
Keyn Cerrardın rekordunu qırdı
Azərbaycanı "Böyük Dəbilqə"də kimlər təmsil edəcək?
"Atletiko" - "Arsenal" oyununu yayımlayacaq kanallar
Hacı Əliyevin ad günündə kimlər var idi? - Video
"Bavariya" son dəfə 31 il əvvəl 5 qol buraxıb
Enrike ilə Kompani arasında maraqlı dialoq - Video
Parisdə “qol yağışı” - Video
Luis Enrike: “Bu, məşqçi karyeramdakı ən yaxşı oyun idi”
Çempionlar Liqasında belə hesab olmayıb
PSJ - “Bavariya” matçında 9 qol
Kvaratsxeliya PSJ-nin tarixinə düşdü
Premyer Liqa matçlarının tarixləri dəyişdirildi
Şəmkirdə vurulan 7 qol - Video
PSJ - "Bavariya" matçının heyətləri açıqlandı
Kurtua "El-Klassiko"ya hazırlaşır
FİFA-nı sülh mükafatını ləğv etməyə çağırdı
"Qalatasaray"ın hücumçusunu polisə şikayət etdilər
“Xankəndi” - “Qaradağ Lökbatan” matçından - Video
"Barselona" yenidən "Kamp Nou"nu tərk etməli olacaq