Qurban Qurbanovdan transfer açıqlaması

Qurban Qurbanovdan transfer açıqlaması
ÖLKƏ FUTBOLU 9 May 2021 / 22:38 6246
-  A +

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Portuqaliya çempionatında çıxış edən Felipe Rayanla maraqlanmaları ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Qol.az xəbər verir ki, o, "Sabah"la keçirilən bugünkü oyundan sonra təşkil edilən mətbuat konfransında deyib ki, bu futbolçu ilə maraqlansalar da, rəsmi təklif göndərilməyib: "Hazırda 15-20 oyunçu ilə danışıq gedir. Rəsmi təklif yoxdur. Sadəcə, maraqlandığımız oyunçulardan biri ola bilər".

Qeyd edək ki, 24 yaşlı braziliyalı yarımmüdafiəçi Portuqaliyanın 3-cü liqa təmsilçisi "Real S.C" klubunda çıxış edir.

Daha çox


Son xəbərlər