"Qəbələ" və "Səbail" klublarının UEFA yarışlarında iştirak üçün lisenziya ala bilməməsinin səbəbi açıqlanıb.
Bu barədə hər iki klubdan məlumat verilib.
Əyalət təmsilçisinin prezidenti Fariz Nəcəfov bank təminatına görə avrokuboklara buraxılmadıqlarını söyləyib: "Premyer Liqa və UEFA üçün bank təminatının sənədləri fərqlidir. Təbii ki, UEFA lisenziyası üçün rəqəm daha yüksəkdir. Biz isə Premyer Liqa üçün bank təminatı təqdim etdik. Komandamızın avrokubok şansı davam etsəydi, bank təminatı da buna uyğun olardı. Digər bütün meyarlarda sənədlərimiz tam qaydasındadır".
"Səbail"in icraçı direktoru Fərəc Əliyev də eyni səbəbdən UEFA yarışları üçün lisenziya almadıqlarını bildirib: "Bank təminatımız yalnız Premyer Liqa ilə bağlıdır. Növbəti mövsüm avrokuboklar üçün bank zəmanəti təqdim etməmişik".
Qeyd edək ki, UEFA yarışları üçün bank təminatı 500 min manatdır. Daha əvvəl AFFA Lisenziyalaşdırma Komissiyası "Səbail" və "Qəbələ"nin avrokuboklar üçün lisenziya almadığını açıqlayıb. (Report)
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu