Bəstəkar Eldar Mansurov “Qarabağ” komandası haqda dediyi və sosial şəbəkələrdə müzakirələrə səbəb olan fikirlərə aydınlıq gətirib.
O, Qol.az-a açıqlamasında fikirlərinin düzgün başa düşülmədiyini bildirib:
“Məni azdan-çoxdan tanıyırsınızsa, bilirsiniz ki, danışıq tərzimdə şüvənlik yoxdur. Məni düzgün başa düşün, neçə illərdir “Neftçi” azarkeşiyəm, amma “Qarabağ”la heç bir düşmənçiliyin yoxdur. Dəfələrlə verilişlərdə “Qarabağ” azarkeşlərinin arasında olmuşam. Nə mən onları təhqir etmişəm, nə də onlar məni. Bəli, mən “Neftçi”ni flaqman hesab edirəm. Hər ölkənin bir flaqmanı olur. Mən bunu deməklə “Qarabağ”ı təhqir etmirəm ki. Mənim dediklərimi düzgün yazmayıblar. Mən heç camiə sözünün nə olduğunu bilmirəm. O Eldar Mansurovam ki, 1990-cı illərdən indiyədək nə qədər Qarabağ, məcburi köçkünlər haqda mahnılar yazmışam. İndi nə oldu, məni ayaq altına atırsınız? Erməni axtarırsınız? Hər şeyi siyasiləşdirirlər. Mən siyasət adamı deyiləm, yaradıcı adamam. Uşaqlıqdan bir fikrim olub, “Neftçi”ni dəstəkləmişəm”.
Eldar Mansurovun “Qarabağ” komanda deyil” ifadəsi daha çox narazılığa səbəb olub. O isə əslində bu cür demək istəmədiyini qeyd edib: “Necə yəni komanda deyil? Mən istəsəm də, istəməsəm də, “Qarabağ” komandadır. Sadəcə demişəm ki, “Qarabağ” Azərbaycanın yığma komandasıdır. Yəni heyətində oynayanların çoxu millimizin futbolçularıdır. “Qarabağ” Azərbaycanın ən güclü futbolçularını özündə toplamış bir komandadır. Mən "Qarabağ"ın uğurlarına kölgə salmaq istəmirəm. “Qarabağ” da, “Neftçi” də ölkəmizi Avropada layiqincə təmsil edib. “Neftçi” ilk dəfə Avroliqanın qrupunda oynayıb. Bunu deməməliyəm mən? “Qarabağ”da oynayan yerli futbolçu var – Mahir Emreli, onun oyununu çox bəyənirəm. Ümumiyyətlə, “Qarabağ”ın heyətində yerli oyunçu çoxdur. Bu da yaxşı haldır. Mən legionerlərin əleyhinəyəm. İstəyirəm öz uşaqlarımız oynasın.”
E.Mansurov “Qarabağ” və “Neftçi”nin çempionluq mübarizəsində şanslarını necə görürsünüz?” sualını isə belə cavablandırıb: “Mən bundan sonra futbol haqda danışmaqdan qurtardım. Bu kitabı bağlayıram. Heç kim məndən heç nə soruşmasın. Top yumrudur, hansı daha bərk vursa, dəqiq vursa uğur qazanacaq. Bir azarkeş kimi dediyim sözə görə məni ölkədə siyasi düşmənə çevirirlər. Ona görə də daha bu işlərə qarışmayacağam. Ona görə yox ki, qorxuram. Ona görə ki, əsəblərimin sakit olmasını istəyirəm”.
Xatırladaq ki, Eldar Mansurovun “Futbol+” qəzetində yayımlanan müsahibəsində bu ifadə olub: "Açığı, mən "Qarabağ"ı komanda saymıram. "Neftçi"ni "sındırdılar" və Ağdam klubu bu fürsətdən istifadə etdi. "Qarabağ"ı adına görə irəli çəkdilər. Bəlkə elə deyil? "Qarabağ" nə vaxtdan böyük camiə olub? "Neftçi" başqa aləmdir".
Ramiq Ağaməmmədov
Birlikdə 100 qol vurdular
Alvares La Liqadan gedəcək?
"Atletiko" - "Arsenal" matçının start heyətləri açıqlandı
Muradov başladı, Cəfərli bitirdi
FİFA DÇ-2026-nın mükafat fondunu artırdı
"Şahdağ Qusar" və "Zaqatala"dan qələbə, "Şəfa" xal itirdi
Rəqibə yumruq atan futbolçu sərt cəzalandırıldı
"Qolların hamısını dəf etmək çətin idi"
4 illik diskvalifikasiya olundu
Zidanın oğlu sıradan çıxdı
Hakimi yarımfinal matçını buraxa bilər
Qapını 70 yaşlı qapıçıya həvalə edəcəklər
Türkiyə Kubokunda finalın vaxtı və yeri dəyişdi
"Neftçi" - "Qarabağ" oyununun hakimləri açıqlandı
“Qarabağ” portuqaliyalı futbolçu ilə maraqlanır
Fransa klubunda baş məşqçi ayrılığı
"Bayer"lə yeni müqavilə bağladı - Rəsmi
AFFA İntizam Komitəsinin qərarları
Noyer ÇL antirekordunu təkrarladı
AFFA-nın vitse-prezidenti "Nou Kamp"dakı oyuna təyinat aldı
FİFA futbola məcburi 1 yerli gənc oyunçu limiti gətirir
Azərbaycan millisi UEFA İnkişaf Turnirində iştirak edəcək
Kompani PSJ ilə oyun və şansları haqda
Keyn Cerrardın rekordunu qırdı
Azərbaycanı "Böyük Dəbilqə"də kimlər təmsil edəcək?
"Atletiko" - "Arsenal" oyununu yayımlayacaq kanallar
Hacı Əliyevin ad günündə kimlər var idi? - Video
"Bavariya" son dəfə 31 il əvvəl 5 qol buraxıb
Enrike ilə Kompani arasında maraqlı dialoq - Video
Parisdə “qol yağışı” - Video
Luis Enrike: “Bu, məşqçi karyeramdakı ən yaxşı oyun idi”
Çempionlar Liqasında belə hesab olmayıb
PSJ - “Bavariya” matçında 9 qol
Kvaratsxeliya PSJ-nin tarixinə düşdü
Premyer Liqa matçlarının tarixləri dəyişdirildi
Şəmkirdə vurulan 7 qol - Video
PSJ - "Bavariya" matçının heyətləri açıqlandı
Kurtua "El-Klassiko"ya hazırlaşır
FİFA-nı sülh mükafatını ləğv etməyə çağırdı
"Qalatasaray"ın hücumçusunu polisə şikayət etdilər
“Xankəndi” - “Qaradağ Lökbatan” matçından - Video
"Barselona" yenidən "Kamp Nou"nu tərk etməli olacaq