Azərbaycanın kişilərdən ibarət sərbəst güləş üzrə milli komandası Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarından cəmi üç nəfər idmançı ilə təmsil olunacaq.
Qol.az xəbər verir ki, Sofiyada keçirilən təsnifat turnirində güləşçilərimizdən heç biri lisenziya qazana bilməyib Beləliklə, yayda keçiriləcək Olimpiya Oyunlarında Azərbaycanı yalnız Hacı Əliyev (65 kq), Hacımurad Hacıyev (74 kq) və Şərif Şərifov (97 kq) təmsil edəcək.
haqqın.az saytı yazır ki, bu, Azərbaycan güləşi tarixində ən pis göstəricidir. 1996-cı ildən başlayaraq Azərbaycan ilk dəfə olimpiadada ayrıca komanda kimi iştirak etməyə başlayıb. Hətta o vaxt belə millimizin tərkib belə məhdud olmayıb. 1996-cı ildə Olimpiya Oyunlarında ölkəmiz sərbəst güləşdə 6, Sidney-2000, London-2012 və Rio-2016 yenə 6, Afina-2004-də 4, Pekin-2008-də isə 7 nəfər sərbəst güləşçi ilə təmsil olunub.
Atlantada Azərbaycana ilk medalı (gümüş) qazandıran Namiq Abdullayev hazırda sərbəst güləş üzrə milli komandamızın baş məşqçisidir. Sayt yazır ki, onun rəhbərliyi ilə komandamız ardıcıl uğursuzluğa məruz qalıb.
Sonuncu Rio Olimpiya Oyunlarında sərbəst güləş millisi 5 medal qazanıb. Tokioda isə maksimum 3 mükafat qazana bilərik. Amma bu dəfə olimpiadada kəskin rəqabətin gedəcəyini nəzərə alsaq, bu nailiyyətləri qazanacağımız çətin görünür.
Qeyd edək ki, Tokio Yay Olimpiya Oyunları 23 iyul – 8 avqustda keçiriləcək.
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu