AFFA-dan "Zirə"nin futbolçusuna 4 oyunluq cəza

AFFA-dan "Zirə"nin futbolçusuna 4 oyunluq cəza
ÖLKƏ FUTBOLU 5 May 2021 / 17:01 931
-  A +

AFFA İntizam Komitəsi “Zirə”nin futbolçusu Lazar Corceviçi 4 oyunluq cəzalandırıb.

Qol.az PFL-in saytına istinadən xəbər verir ki, serbiyalı futbolçu Azərbaycan kubokunun yarımfinalında “Keşlə” ilə görüşdə “aqressiv hərəkətə” görə birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün bu cəza ilə üzləşib. Klub isə buna görə 3200 manat cərimə olunub.

Xatırladaq ki, Corceviç "Keşlə"nin futbolçusu Anatoli Abanqı vurduğu üçün qırmızı vərəqə almışdı.

Daha çox


Son xəbərlər