"Hər futbolçu yaxşı tərəflərini göstərdi" - Ramin Quliyev

"Hər futbolçu yaxşı tərəflərini göstərdi" -  Ramin Quliyev
ÖLKƏ FUTBOLU 4 May 2021 / 22:56 1811
-  A +

“Oyun ciddi hazırlaşmışdıq. Rəqibin oyununu təhlil etmişdik. İtkilərimiz oldu, amma oynaya biləcək futbolçularımız var".

Qol.az xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Ramin Quliyev Premyer Liqanın 25-ci turunda "Sumqayıt"la keçirilən görüşdən sonra mətbuat konfransında deyib. 

O, səfərdə qazanılan 2:0 hesablı qələbəni belə şərh edib: "Futbolçulara minnətdaram. 7-8 oyunçumuzun olmamasına baxmayaraq, qələbə qazandıq. Komandada zəif futbolçu yoxdur. Bu gün hər kəs yaxşı tərəflərini göstərdi".
 
R.Quliyev oyunda zədələnən müdafiəçi Bəxtiyar Həsənalızadənin durumu haqda isə deyib: "10 gün əvvəl məşqlərə başlamışdı. Hələ durumunu bilmirik. Tibbi müayinədən sonra məlum olacaq”.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı