"Neçənci oyundur ki, qol vurmaqda çətinlik çəkirik. Amma yaradıcılıqdan razıyam. Oyunçular qrafikə görə də əziyyət çəkirlər. Futbolçularımı təbrik edirəm. Rəşad Sadıqova uğurlar arzulayıram".
Qol.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 25-ci turunda "Zirə" ilə heç-heçə etdikləri oyunundan (1:1) sonra mətbuat konfransında deyib.
O, hücumçu Mahir Emrelinin mövsümün sonunda Polşanın "Legiya" klubuna keçəcəyi haqda xəbərlərə də münasibət bildirib. Baş məşqçi mövsümün sonunda yenidən Mahirə təkliflərinin olacağını qeyd edib: "Bununla bağlı klub tərəfindən açıqlama verilib. Mahir mayda azad agent olacaq. Bütün danışıqları özü və meneceri aparır. Bir neçə təklifləri var. Bu gün də Mahirlə söhbətimiz olur. Heç bir komanda ilə masa arxasına oturmayıb. Çempionat bitəndən sonra yaxınları ilə məsləhət edəcək. Hansı daha uyğun olacaqsa, razılığa gələ bilər. Bizim klubun da təklifi olmuşdu. Özünün də istəyi Avropaya çıxmaqdır. Mən də baş məşqçi olaraq sevinərəm ki, azərbaycanlı futbolçu daha səviyyəli komandada oynasın. Mövsümün sonunda təklifimizi yenə edəcəyik. Razılaşsa, qalacaq, razılaşmasa, gedəcək".
Qurban Qurbanov "Zirə"nin serbiyalı müdafiəçisi Nemanya Andelkoviçlə maraqlandıqlarına dair fikirlərə də aydınlıq gətirib: "Onun oyununu bəyənə bilərik. Ancaq belə bir fikrimiz yoxdur. Olsa belə, bu barədə açıqlama vermək düzgün olmaz. Hərçənd, etiraf edirəm ki, oyunu xoşuma gəlir".
Baş məşqçi çempionluq şansları barədə bunları deyib: "Məndə hansısa hegamonluq düşüncəsi olmayıb. Həmişə işimə məsuliyyətlə yanaşmışam. İnsan il boyu sağlam ola bilməz. Sənin naxoş olduğun vaxt da olacaq. Futbol da elədir ki, illər boyu dediyimiz hegamonluğu saxlamaq olmur. İngiltərədə "Lester"in çempion olduğu dönəmi xatırlayaq. Bəzi güclü klubların yanında qızıl medal qazandılar. Biz hər turnirə maksimum məsuliyyətlə çıxırıq. Komandanı bizə həvalə ediblərsə, əlimizdə 9-10 futbolçu qalsa da, sonadək mübarizə aparacağıq".
49 yaşlı mütəxəssis "Çempion olsanız, komanda ilə birgə Qarabağa getməyə hazırsınız?" sualını belə cavablandırıb: "Mən həmişə buna hazıram. Ancaq indi ora getmək o qədər də asan deyil, orada ciddi işlər gedir. Zamanı çatanda getmək istəyirik".
Birlikdə 100 qol vurdular
Alvares La Liqadan gedəcək?
"Atletiko" - "Arsenal" matçının start heyətləri açıqlandı
Muradov başladı, Cəfərli bitirdi
FİFA DÇ-2026-nın mükafat fondunu artırdı
"Şahdağ Qusar" və "Zaqatala"dan qələbə, "Şəfa" xal itirdi
Rəqibə yumruq atan futbolçu sərt cəzalandırıldı
"Qolların hamısını dəf etmək çətin idi"
4 illik diskvalifikasiya olundu
Zidanın oğlu sıradan çıxdı
Hakimi yarımfinal matçını buraxa bilər
Qapını 70 yaşlı qapıçıya həvalə edəcəklər
Türkiyə Kubokunda finalın vaxtı və yeri dəyişdi
"Neftçi" - "Qarabağ" oyununun hakimləri açıqlandı
“Qarabağ” portuqaliyalı futbolçu ilə maraqlanır
Fransa klubunda baş məşqçi ayrılığı
"Bayer"lə yeni müqavilə bağladı - Rəsmi
AFFA İntizam Komitəsinin qərarları
Noyer ÇL antirekordunu təkrarladı
AFFA-nın vitse-prezidenti "Nou Kamp"dakı oyuna təyinat aldı
FİFA futbola məcburi 1 yerli gənc oyunçu limiti gətirir
Azərbaycan millisi UEFA İnkişaf Turnirində iştirak edəcək
Kompani PSJ ilə oyun və şansları haqda
Keyn Cerrardın rekordunu qırdı
Azərbaycanı "Böyük Dəbilqə"də kimlər təmsil edəcək?
"Atletiko" - "Arsenal" oyununu yayımlayacaq kanallar
Hacı Əliyevin ad günündə kimlər var idi? - Video
"Bavariya" son dəfə 31 il əvvəl 5 qol buraxıb
Enrike ilə Kompani arasında maraqlı dialoq - Video
Parisdə “qol yağışı” - Video
Luis Enrike: “Bu, məşqçi karyeramdakı ən yaxşı oyun idi”
Çempionlar Liqasında belə hesab olmayıb
PSJ - “Bavariya” matçında 9 qol
Kvaratsxeliya PSJ-nin tarixinə düşdü
Premyer Liqa matçlarının tarixləri dəyişdirildi
Şəmkirdə vurulan 7 qol - Video
PSJ - "Bavariya" matçının heyətləri açıqlandı
Kurtua "El-Klassiko"ya hazırlaşır
FİFA-nı sülh mükafatını ləğv etməyə çağırdı
"Qalatasaray"ın hücumçusunu polisə şikayət etdilər
“Xankəndi” - “Qaradağ Lökbatan” matçından - Video
"Barselona" yenidən "Kamp Nou"nu tərk etməli olacaq