Rəşad Sadıqov "Qarabağ"la heç-heçəni şərh etdi - Video

Rəşad Sadıqov "Qarabağ"la heç-heçəni şərh etdi -  Video
ÖLKƏ FUTBOLU 4 May 2021 / 20:28 2988
-  A +

“Son fitə qədər fədakar oyunlarına görə futbolçularıma minnətdaram. Onları bağrıma basıram”.

Qol.az xəbər verir ki, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 25-ci turunda bu gün “Qarabağ”la keçirilən oyundan sonra mətbuat konfransında deyib.

O, səfər matçında qeydə alınan 1:1 hesablı heç-heçəni belə şərh edib: “Bəzi futbolçular çətinliklə ayaq üstə dura bilirdilər. Onları başa düşə bilərsiniz. Çünki bir neçə gün əvvəl kubok matçında 120 dəqiqə oynayıblar. Fiziki çatışmazlıq oyuna təsir etdi. Ancaq futbolçularım təslim olmayıb, sona qədər mübarizə apardılar. “Qarabağ”ın üstünlüyü var idi. 

Bu gün başqa bir vacib məqamı qeyd etməliyik: Başlarını dik tutan futbolçularımız sona qədər mübarizə apardılar və çempionluq üçün mübarizə aparan komandaya uduzmadılar. Uşaqları və klub rəhbərliyini təbrik edirəm. İndi çətin bir dövrdəyik. Oyunçularımın göstərdikləri reaksiya ilə qürur hissi keçirirəm. Hamısına minnətdaram. Qarşıda 3 oyunumuz var. Sonadək mübarizə aparmağa çalışacağıq".


Daha çox


Son xəbərlər