Azərbaycan kubokunun 1/2 final mərhələsinin qalmaqallı "Zirə" - "Keşlə" oyunu ilə bağlı yeni görüntülər yayılıb.
Qol.az xəbər verir ki, videoda təqdim olunan epizodlardan birində "Keşlə"nin futbolçusu Tərlan Quliyev təkbətəkə çıxmağa cəhd edən David Volkovun ayağına bilərəkdən zərbə endirir. Baş hakim Elçin Məsiyev bu zaman T.Quliyevə sarı vərəqə göstərir (79-cu dəq.). Sonuncu ümid folu olmasa belə, bu epizodda rəqibin ayağına təhlükəli, ciddi zədəyə səbəb ola biləcək oyuna görə birbaşa qırmızı vərəqə verilməsi də mümkün idi.
İlk epizodda isə "Zirə"nin futbolçusu Hacıağa Hacılıya qarşı rəqib futbolçu Vüsal İsgəndərli birbaşa ayağa çox təhlükəli zərbə endirir. Qaydalara əsasən, bu zaman da qırmızı vərəqə verilə bilərdi. Amma cəza yalnız sarı vərəqə olur (10-cu dəq.).
Hesab 1:1 olarkən, matçın sonlarında (88-ci dəq.) isə baş hakim E.Məsiyev cərimə meydançası daxilində "Zirə"li Lazar Corçeviçin rəqib oyunçuya zədəyə səbəb olmayacaq əllə zərbəsini penalti epizodu kimi qiymətləndirib, ona qırmızı göndərib. Əslində penalti qərarı haqlıdır. Amma əgər Corceviçə "qırmızı" göstərilirsə, "Keşlə"nin iki futbolçusu - hansı ki, birbaşa ayağa təhlükəli oynayıb- - onlar niyə meydandan qovulmayıb? Deyək ki, bunlar lap sarı vərəqəlik epizoddur. Bu halda "Zirə"dən Lazara niyə sarı yox, qırmızı göstərilib?
Onu da qeyd edək ki, təkrar oyunda evdəki məğlubiyyət səbəbindən (2:3, ilk oyunda 2:1) "Zirə" finala adlaya bilməyib. Baş məşqçi Rəşad Sadıqov bu görüşdə hakim idarəçiliyinə kəskin etiraz edib.
Qalmaqallı görüşlə bağlı daha 2 yeni mübahisəli epizodun görüntüsünü bölüşürük.
Atasının yolu ilə
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
2-ci liqada 4-cü tura yekun vuruldu
La Liqa derbisinin hakimi cəzalandırıla bilər
Peyvənd sertifikatını saxtalaşdırdı, millidən kənarda qaldı
Azərbaycan U-20 millisi “Qəbələ” ilə heç-heçə etdi
"Neftçi"nin legioneri Argentina ilə oyuna çağırıldı
Azərbaycan çempionatının adı dəyişdi - Şəkillər
Skaloni: "Argentina millisi üçün vacib dövr başlayır"
Misli Premyer Liqasında növbəti baş məşqçi istefası
İspaniya millisi ilə yola davam…
Azərbaycandan Pakistan millisinə çağırıldı
Haalanddan maraqlı göstərici
Koul Palmer millinin heyətindən kənarda qaldı
“Zirə”nin üç legioneri milli komandalara dəvət aldı
“Barselona” futbolçusuna 500 milyon avro qiymət qoydu
Evində-eşiyində oynamamağın zülmü