Polşanın "Legiya" klubu "Qarabağ"ın futbolçusu Mahir Emreli ilə birbaşa danışıqlara başlayıb.
Qol.az xəbər verir ki, bu barədə legia.net saytı məlumat yayıb. Bildirilib ki, millimizin hücumçusu Varşava təmsilçisinin ona təklif etdiyi şərtləri qəbul etməyə hazırdır:
“Futbolçunun“ Qarabağ ”la müqaviləsi 2021-ci il iyunun sonunda başa çatır. O, Azərbaycanda qalmamağa qərar verib. Emreliyə Türkiyə, Rusiya, Macarıstan və Portuqaliya klublarından təkliflər var. Futbolçu "Legiya"nın ona təklif etdiyi şərtlərlə tanış olub və onları qəbul etməyə hazırdır. Emreli artıq müqavilə üçün ilkin təklif alıb, lakin hələ qəti qərar verməyib. Bu transferin reallaşma ehtimalı yüksəkdir. Futbolçu son keçid üçün müəyyən məbləğdə pul tələb edir" - deyə sayt yazıb.
Yazıda "Legiya" azarkeşlərinin bu xəbəri coşğu ilə qarşıladığı vurğulanlıb. Xüsusilə, hücumçunun yaşı, onu yenidən satmaq imkanı, cari mövsümdəki statistikası, Avropa Liqasının və Çempionlar Liqasının əsas püşkatma oyunlarında müntəzəm performans təcrübəsi qiymətləndirilib.
Qeyd edək ki, M.Emreli bu mövsüm bütün turnirlərdə 28 oyunda 20 qol vurub, 4 qolun ötürməsini verib.
Xatırladaq ki, "Legiya" Polşa çempionatında 59 xalla 1-ci pillədə qərarlaşıb.
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu