Milli komandamızın baş məşqçisi Canni De Byazi bir neçə gün əvvəl İtaliya mətbuatına müsahibəsində Azərbaycanda Avropada sözünü deyə biləcək gənc futbolçuların olduğunu bildirib. O qeyd edib ki, millimizdə Avropanın əsas liqalarında oynaya biləcək 2-3 futbolçu var.
Futbol mütəxəssisi Aslan Kərimov Qol.az-a açıqlamasında Avropa klublarında oynamaq potensialında olan gənc və təcrübəli futbolçuların olduğunu dedi.
“Sözün əsl mənasında məşqçilərin futbolçulara baxışı fərqlidir. Futbolçu kiminsə gözündə yuxarı, kiminsə gözündə aşağı səviyyədə ola bilər. Bu, nisbidir. Ümumilikdə qeyd etsək, Mahir Emreli Avropada istənilən ortabab liqada oynaya bilər. Məsələn, Belçika, Niderland. İtaliyanın özündə 3-4 klubu çıxmaq şərtilə digərlərində ustalıq səviyyəsi o qədər də böyük olan futbolçular yoxdur. Mahir Emreli, Maksim Medvedev “Fiorentina”da oynaya bilər. Yəni oradakı futbolçular adını çəkdiyim oyunçularımızdan o qədər də üstün deyil. Ancaq bu o demək deyil ki, futbolçularımız mütləq gedib o komandalarda oynaya bilərlər. Bu, təkcə sənin ustalıq səviyyəndən asılı olan şey deyil. Xarakterli, rəqabətə davamlı olmalısan. Bəzi nüanslar var ki, oyunçunun klubda uzun müddət qalmasına dəlalət edir.
Mahirlə Maksimdən başqa, “Qarabağ”ın digər futbolçusu Qara Qarayevin adını çəkə bilərəm. “Qarabağ”ın bir çox futbolçusu Avroliqada oynayarkən bunu göstərmişdi. Yəni onlar Avropanın ortabab klublarının futbolçularından oyun və ustalıq baxımından geri qalmırdılar.
Gənc futbolçulardan Bəhlul Mustafazadəni, Toral Bayramovu nəzərdə tutmaq olar. Söhbət milli komandadan gedir. Hansı ki, potensialı olan futbolçular milliyə çağırılır. Milli üzvü olan istənilən 18-19 yaşlı futbolçumuz Avropada rəqabətə davamlılıq baxımından oynaya bilər. Ancaq bu o demək deyil ki, onlar burda əla oyunçulardır. Sadəcə, gənc oyunçuların Avropada oynamaq şansı daha yüksəkdir. Bunlar hamısı mümkündür. Amma dediyim kimi, oyunçunun xarakterindən çox şey asılıdır. Bəzən elə olur ki, bir mövqedə iki futbolçuya mütəmadi şans verilir, hansı yaxşı tərəfdən özünü göstərsə, daha çox oynayır. Oynadıqca da daha da inamlı çıxış edir. Hansı ki, onun talantı ehtiyatda qalan futbolçudan daha aşağıdır”.
Bəs Avropada oynayacaq səviyyədə futbolçumuz varsa, niyə onlar bunu etmirlər? Avropa klublarındakı futbolçular bizimkilərdən daha güclüdür, yoxsa oyunçularımızda legioner həyatı yaşamaq həvəsi yoxdur?
Aslan Kərimov bunun bir neçə səbəbi olduğunu düşünür: “Buna birmənalı cavab vermək olmur. Çünki burada bir detal yoxdur ki, deyəsən buna görə bizim futbolçu xaricdə oynamır. Bir çox səbəblər var. Birinci səbəb olaraq deyə bilərəm ki, xarici klublardakı futbolçuların səviyyəsi aşağı deyil ki, bizim oyunçuları götürsünlər. Düzdür, Niderland, Almaniya və İtaliyada konveyer kimi gənc oyunçulardan istifadə edilir. Onların da yerliləri qoyub, bizim futbolçuya şans verəcəyini gözlənilən hesab etmirəm. İkinci faktor rəqabətə davamlı xarakter nümayiş etdirməkdir. Məsələn, bizdə komanda sayı azdır deyə futbolçular rəqabətə davamlı deyil. Bu da ona gətirib çıxarır ki, futbolçularımızın hansısa xarici klubda elə ilk çətinlikdə əli-qolu düşür aşağı, rəqib oynayır, bizimki ehtiyatda qalır. Sözsüz ki, hamıya şamil etmirəm.
Üçüncü faktor maliyyə məsələsidir. Peşəkar idmanla məşğul olan şəxs ən çox pula layiqdir. Çünki öz sağlamlığını ortaya qoyur. Ancaq məsələ ondadır ki, burada müəyyən bir məbləği qazanan futbolçu xaricə getməkdə maraqlı olmur. Məsələn, Niderlandda hansısa gənc əcnəbi futbolçuya illik uzaq başı 100 min avro pul təklif edirlər. Çünki onların öz oyunçuları da çoxdur. Sən Bakıda ilinə 200 min qazanırsansa, Avropya getsən belə, rahat şəkildə qayıdacaqsan və düşünəcəksən ki, orada qalmağımın nə mənası var ki? Burda o pulu qazana bilirəm. Bu xırda faktorların hamısı nəticədə bizim futbolçuların xaricə üz tutmamalarına gətirib çıxarır. Bu o demək deyil ki, bizim aşağı yaş qruplarımızda hər şey əladır və yalnız dediyim məsələlərə görə xaricə getmirlər. Əlbəttə, o rəqabət, peşəkarlıq aşağıdan yuxarı gəlməlidir”.
Ramiq Ağaməmmədov
Birlikdə 100 qol vurdular
Alvares La Liqadan gedəcək?
"Atletiko" - "Arsenal" matçının start heyətləri açıqlandı
Muradov başladı, Cəfərli bitirdi
FİFA DÇ-2026-nın mükafat fondunu artırdı
"Şahdağ Qusar" və "Zaqatala"dan qələbə, "Şəfa" xal itirdi
Rəqibə yumruq atan futbolçu sərt cəzalandırıldı
"Qolların hamısını dəf etmək çətin idi"
4 illik diskvalifikasiya olundu
Zidanın oğlu sıradan çıxdı
Hakimi yarımfinal matçını buraxa bilər
Qapını 70 yaşlı qapıçıya həvalə edəcəklər
Türkiyə Kubokunda finalın vaxtı və yeri dəyişdi
"Neftçi" - "Qarabağ" oyununun hakimləri açıqlandı
“Qarabağ” portuqaliyalı futbolçu ilə maraqlanır
Fransa klubunda baş məşqçi ayrılığı
"Bayer"lə yeni müqavilə bağladı - Rəsmi
AFFA İntizam Komitəsinin qərarları
Noyer ÇL antirekordunu təkrarladı
AFFA-nın vitse-prezidenti "Nou Kamp"dakı oyuna təyinat aldı
FİFA futbola məcburi 1 yerli gənc oyunçu limiti gətirir
Azərbaycan millisi UEFA İnkişaf Turnirində iştirak edəcək
Kompani PSJ ilə oyun və şansları haqda
Keyn Cerrardın rekordunu qırdı
Azərbaycanı "Böyük Dəbilqə"də kimlər təmsil edəcək?
"Atletiko" - "Arsenal" oyununu yayımlayacaq kanallar
Hacı Əliyevin ad günündə kimlər var idi? - Video
"Bavariya" son dəfə 31 il əvvəl 5 qol buraxıb
Enrike ilə Kompani arasında maraqlı dialoq - Video
Parisdə “qol yağışı” - Video
Luis Enrike: “Bu, məşqçi karyeramdakı ən yaxşı oyun idi”
Çempionlar Liqasında belə hesab olmayıb
PSJ - “Bavariya” matçında 9 qol
Kvaratsxeliya PSJ-nin tarixinə düşdü
Premyer Liqa matçlarının tarixləri dəyişdirildi
Şəmkirdə vurulan 7 qol - Video
PSJ - "Bavariya" matçının heyətləri açıqlandı
Kurtua "El-Klassiko"ya hazırlaşır
FİFA-nı sülh mükafatını ləğv etməyə çağırdı
"Qalatasaray"ın hücumçusunu polisə şikayət etdilər
“Xankəndi” - “Qaradağ Lökbatan” matçından - Video
"Barselona" yenidən "Kamp Nou"nu tərk etməli olacaq