"Keşlə"nin müdafiəçisi Şəhriyar Əliyev Azərbaycan kubokunun yarımfinalında səfərdə "Zirə"yə 3:2 hesablı qalib gəldiyi oyunda sonra Qol.az saytına müsahibə verib
- Matç haqda haqda fikirlərin necədir?
- Maraqlı oyun oldu. Oyundan öncə bilirdik ki, sanki müharibəyə gedirik. Kim yaxşı mübarizə aparıb, can qoysa, o da qalib gələcəkdi. Qol buraxsaq işimiz daha ağır olacaqdı. Çünki rəqib meydanda daha 2 qol vurmalı idik. Şükürlər olsun, oyunda 2 qol vurub əlavə vaxta daşıya bildik. Əlavə vaxtda da qol vurub layiqli qələbə qazandıq.
- Avtoqol vuranda sonra hansı hissləri keçirdin?
- Dediyim kimi, onsuz da qol buraxsaydıq, yenə 2 qol vurmalı idik. Şansız qol oldu. Sırf avtoqol tipli bir qol deyildi. Rəqib oyunçunun ötürməsini zərərsizləşdirəndə top ayağıma dəyib qapıya daxil oldu. Bəlkə o qol bizi yuxudan ayıltdı. Bütün bunları nəzərə alıb oyuna çıxmışdıq. Məqsəd ancaq qələbə idi.
- Geri dönüşə nə qədər inanırdınız?
- "Səbail"lə oyunda bizə 1 qələbə lazım idi ki, "qara zolaq"dan çıxaq. Son məşqlərdə Sənan müəllim bizi çox inandırmışdı ki, qalib gələcəyik. O dərəcədə inanırdıq ki, qalib olacağımızı əvvəldən bilirdik. Bu, bir daha görstərdi ki, istək, inam olan yerdə istənilən rəqibə qalib gəlmək olar. Əsas budur.
- Əsas vaxtın sonlarında ara qarışdı.
- Həmin epizodu hakim görürdü. Sözün düzü icmala baxmamışam, indi nəsə deyə bilmirəm. Yan xətt hakim oyunu görürdü, onun qərarına inanıram.
- Rəqibi necə təhlil etmişdiniz?
- Bu suala baş məşqçimiz daha dolğun cavab verər. Amma Sənan müəllim hər komandaya qarşı yürütdüyü oyun üslubunu bizə başa salır, öz sirrlərini bizimlə bölüşür. Düzdür, verdiyi tapşırıqların icrasını 100 faiz olmasa da, 80 faiz yerinə yetirdik. Ona görə də qalib gəldik.
- Finalda "Sumqayıt"la oynayacaqsınız. Rəqibi necə dəyərləndirirsiniz?
- Bir komanda finala çıxırsa, deməli, layiqli rəqibdir. "Sumqayıt" həqiqətən bu çempionatda gözəl oyun sərgiləyir. Onlar çox əzmkar komandadır. Yaxşı oyunçuları, yaxşı baş məşqçiləri var. Qarşıdakı çempionat oyunlarında çalışacağıq ki, final görüşünə qədər yüksək pilləyə qalxaq. Bu, əlavə motivasiya olacaq.
- Bu qələbə daxili çempionatdakı vəziyyətinizə nə dərəcədə təsir göstərəcək?
- Ötən həftə "Səbail"lə oyunda üstümüzdə çox böyük təzyiq vardı. Ancaq qalib gəlmək lazım idi. Neçə dəfə olub ki, oyunun sonlarında qol buraxmışıq. Həmin qolları buraxmasaydıq, bəlkə indi dördüncü pillədə biz idik. 5 oyun ardıcıl heç-heçə, buraxdığımız qollar həqiqətən psixoloji cəhətdən mənfi təsir göstərmişdi. "Səbail"ə oyundakı qələbə bizə çox kömək oldu. Nə qədər gücümüz varsa, çempionatda maksimum istifadə edəcəyik. 4 gündən bir oyun olacaq ki, bu da çox sıx qrafikdir. Həm süni örtüklü meydança, həm təbii ot amili əlavə yük verir. Yenə deyirəm, çalışırıq yuxarı pillələrə qalxaq. Bilirdik ki, avrokuboklara vəsiqə qazanmaq üçün kubokda yaxşı nəticə göstərmək lazım idi. Çempionatda isə hazırkı vəziyyətimizdə bu, real görünmürdü. Növbəti oyun "Neftçi"yə qarşıdır. İndidən bilirik ki, oyun ağır olacaq. Amma bu o demək deyil ki, əlimizi yanımıza salıb meydana çıxacağıq. Ən azı beşinci yeri təmin etmək istəyirik.
Ağa Dadaşzadə
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı