"Mançester Yunayted"in sabiq baş məşqçisi Lui van Qal klubda işlədiyi dövrlərdə transfer etmək istədiyi ən yaxşı 10 futbolçunun adını çəkib.
Qol.az xəbər verir ki, "qırmızı şeytanlar"ı 2014-2016-cı illər çalışdıran 69 yaşlı mütəxəssis "FourFourTwo"ya açıqlamasında deyib:
"Robert Levandovski ilə müqavilə bağlamaq istədim. Ancaq iş çətinləşəndə Qonzalo İquaini almağa çalışdım. "Mançester Yunayted"də işə başlamazdan əvvəm rəhbərliklə Neymar barədə də danışmışdım. Belə bir klubda işləyəndə qarşına böyük hədəflər qoyursan. Həm forma satışı tərəfdən maraqlı seçim idi, həm də sürətli cinah oyunçusu istəyirdim. Buna görə də Neymarla yanaşı, Sadio Mane və Riyad Marezi transfer etməyə çalışdım. Siyahımda Tomas Müller də var idi. Yarımmüdafiənin mərkəzində isə Nqolo Kanteni görmək istəyirdim. Təcrübəli bir futbolçu və liderlik keyfiyyətlərinə sahib bir şəxs kimi Tomas Milnerlə müqavilə bağlamağı planlaşdırırdım. Həmçinin Serxio Ramos və Mats Hummelsi də almaq istəyirdim. Çünki hücumlarımızın başlaması üçün lazım olan müdafiə sistemimiz yaxşı deyildi. Bu oyunçular mənim əsas hədəflərim idi. Amma bir məşqçi kimi danışıqlarda iştirak etmirdim. Mən klubdan ayrıldıqdan sonra Marez və Kante kimi oynuçular "Mançester Siti" və "Çelsi"yə getdilər. "Mançester Yunayted" heç vaxt onları ala bilməzdi".
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu