Yığmamızdan məhsuldar heç-heçə

Yığmamızdan məhsuldar heç-heçə
ÖLKƏ FUTBOLU 27 Aprel 2021 / 22:36 1998
-  A +

Bakıda təlim-məşq toplanışını davam etdirən 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində növbəti yoxlama oyununu keçirib.

Qol.az xəbər verir ki, “Neftçi”nin U-19 komandası ilə oyun 2:2 hesablı heç-heçə başa çatıb. Millimizin qollarını Sadiq Şəfiyev və Sənan Ağalarov vurub.

Qeyd edək ki, U-17 sonuncu oyununu aprelin 30-da “Səbail”in U-19 komandasına qarşı keçirəcək.

Daha çox


Son xəbərlər
topaz banner