“Liverpul”un baş məşqçisi Yurgen Klopp Çempionlar Liqasının yeni formatı və Avropa Superliqası barədə danışıb.
Qol.az “BBC Sport”a istinadən xəbər verir ki, 53 yaşlı mütəxəssis deyib:
“Klubun sahibi Con Henrinin Superliqaya görə məndən və komandadan üzr istəməsi müzakirə olundu. bu mənim üçün kifayətdir. Bir komanda olaraq işimizə, futbola diqqət yetirməliyik. Bunu edirik. Həmişə yeni turnirlər təqdim etmək olmaz. Superliqanın artıq müzakirə edilməməsi çox yaxşıdır. Lakin yeni Çempionlar Liqası o qədər də yaxşı deyil. UEFA mənə bu fikri təqdim etdi və bəyənmədiyimi dedim. Çünki 6 matç əvəzinə 10 oyun olacaq və onları necə paylayacağım barədə heç bir fikrim yoxdur.
Heç vaxt qərar verərkən fikri soruşulmayan insanlar məşqçilər, futbolçular və azarkeşlərdir. UEFA da, Superliqa rəhbərliyi də
bizdən bu barədə soruşmadı. İstəklər həmişə eynidir: "Daha çox matç oynayın”.
Qeyd edək ki, Avropa Superliqası "Real", "Barselona", "Atletiko", "İnter", "Yuventus", "Milan", "Mançester Yunayted", "Mançester Siti", "Liverpul", "Arsenal", "Çelsi" və "Tottenhem" klubları tərəfindən yaradılıb. Daha sonra 10 klub geri çəkilib. Fikrini dəyişməyən qurucular isə “Real” və “Barelona”dır. Avropa Superliqası fəaliyyətini dayandırıb. Çempionlar Liqasının yeni formatına əsasən isə 2024/25 mövsümündən başlayaraq qrup mərhələsi ləğv olunacaq, komandaların ümumi sayı 32-dən 36-yə yüksəldiləcək. Həmin vaxta qədər isə yarış indiki formatda davam edəcək.
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu