"Oyundan gözləntim çox idi. Amma əksini gördüm. Bərbad oynamağımız mənə təsir etdi".
Qol.az xəbər verir ki, bu fikirləri "Keşlə"nin baş məşqçisi Sənan Qurbanov evdə "Zirə"yə 1:2 hesabı ilə uduzduqları Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.
O bildirib ki, kubok matçlarında səhv etmək olmaz: "Hələ heç nə bitməyib. Rəqib meydanında qələbə qazana bilərik. Komanda 180 dərəcə dəyişməlidir. Bu qarşılaşma bizi düşünməyə vadar edir. Artıq çempionatda "Səbail"lə matça hazırlaşacağıq".
Baş məşqçi rəqibin sayılmayan qolu barədə də danışıb: "Bunu mübahisə etmək olar. 1:2 hesabı ilə məğlub olmuşuq, səfərdə rəqibi bu hesabla üstələyə bilərik. Ən qısa zamanda komandaya müdaxilə etməliyəm. Yaxşı hücumçular var, qol vurmalıdırlar. Sabahdan işə növbəti matçın hazırlığına başlamalıyıq. Əlimizi aşağı salıb dayanmamalıyıq".
Çempionatda da qalib gələ bilmədiklərini xatırladan Qurbanov oyunçular tərəfindən özünə qarşı hər hansı kampaniya olduğunu düşünmədiyini söyləyib: "Görünən odur ki, futbolçular çempionatdan sonra bərpa ola bilmədilər".
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu