"Maraqlı oyun oldu. Yarımfinala layiq matç alındı. İkinci hissədə sürət artdı. Birinci hissədə diqqətsizlikdən qol buraxdıq. İkinci hissədə tempi qaldırdıq və vacib qələbə qazandıq".
Qol.az xəbər verir ki, bu fikirləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov səfərdə "Keşlə"yə 2:1 hesabı ilə qalib gəldikləri Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.
O bildirib ki, hər şey ikinci görüşdə həll olunacaq: "Hələ ilk 45 dəqiqəni oynamışıq. Bu cür matçlar 90 dəqiqəlik oyun kimidir. Rəqib ciddidir. Heyətində nəticəni dəyişə bilən futbolçular var. Böyük üstünlük əldə etməmişik. Hər şey ikinci görüşdə həll olunacaq".
Sadıqov 73-cü dəqiqədə zədələnən Nemanya Ancelkoviçin durumuna da toxunub: "Rəqib oyunçu ilə toqquşmadan sonra çiynindən zədə aldı. Ağrıya dözmədiyi üçün əvəzləndi. Sabah müayinədən keçəcək".
Qeydə alınmayan qol barədə də danışan baş məşqçi bunları söyləyib: "Epizodun təkrarına baxdıq və təmiz qol olduğuna əmin olduq. Ondan sonra isə etiraz etməyə başladıq. Yenidən baxacağam. Təmiz qol olsa belə, onun məyusluğu ilə yaşaya bilmərik".
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu