«Qarabağ»la «Səbail» komandalarının oyununu izlədim. Yadıma Daşkəndin «Paxtakor» komandası düşdü.
Deməli, “Qarabağ”ın qapıçısı (eləcə də millinin) Şahruddinin başına 25 tikiş qoyulub. Hamımızın fəxr etdiyimiz beynəlxalq dərəcəli hakim Əliyar Ağayev bir «sarı vərəqə» ilə kifayətləndi. «Səbail»in qapısına da nəğd 11 metrlik vermədi. Ozobiçi də şil-küt elədilər və bu mövsümün sonunadək yaşıl meydana həsrət qalacaq.
Bəs, nədən yadıma «Paxtakor» düşdü? «Paxtakor» o qədər güclü komanda deyildi, amma bir ara komanda necə formalaşdısa hamını çaşdırdı. An və Fyodrov kimi futbolçuların önündə «Dinamo» (Kiyev) kimi komanda da duruş gətirə bilmirdi. Amma belə bir vaxtda da bəxti gətirmədi. 1979-cu ilin avqustun 11-də komanda növbəti oyun üçün Minskə uçanda təyyarələri hava limanına enərkən başqa bir təyyarə ilə toqquşdu və bütün heyət həlak oldu. Çox ağır faciə idi.
Bu faciədən sonra SSRİ Futbol Federasiyası belə bir qərar çıxardı ki, «Paxtakor» komandasına 3 illik güzəşt verilir. Yəni sonuncu yerdə olsalar da yüksək liqanı tərk etməyəcəklər, komanda bu müddətdə təzədən formalaşa bilsin.
Dəliyə belə bir sənəd ver, ayağına da qüvvət ver. Bundan sonra yüksək liqadakı bütün komandalar «Paxtakor»dan qorxmağa başladı. Səbəb? Komanda kiminlə oynayır-oynasın, istəyir «Dinamo» (Kiyev) olsun, ya «Spartak», ya da «Torpedo» (Kutaisi), yəni fərq etməz, rüşvət istəyirdi. Qısası, yəni oyunu satırdı. Razılaşmayan komandalar olanda isə sərt oyuna keçirdi. Qabaqlarına kim gəldi şil-küt eləyirdilər. Ona görə də komandalar məcbur olub istənilən pulu ödəyirdi.
Məsələnin başqa bir tərəfini də deyim ki, üç il ərzində alınan həmin pullar həlak olmuş futbolçuların, məşqçilərin və həkimlərin ailələri arasında dədə malı kimi bölünürdü.
Bunu niyə yazdım? İstəyirəm dostum Qurban Qurbanova bir məsləhət verim.
Çünki «Qarabağ»a qarşı oynayan komandalar da bəzən hayıflarını futbolçulardan çıxırlar.
Qurban müəllim, bəlkə siz də «Paxtakor»un tərsini edəsiniz? Yəni oyundan əvvəl rəqiblərinizə minnətçi düşəsiniz, lazım gəlsə müəyyən miqdarda boyun olasınız və xahiş edəsiniz ki, bizim uşaqları şil-küt eləməyin. Axı, onlar həm də milli komandanın şərəfini qoruyurlar.
Belə-belə işlər…
1966-cı ildə Braziliya ilə Macarıstanın oyununda Pelenin ayağını vurub qırdılar ki, İngiltərə çempion olsun.
İndi Şahruddinlə Ozobiçi hansı komandanın çempion olması üçün sıradan çıxartdılar? Məsələ məlum olduğu üçün üstü basdırılsın.
Yeri gəlmişkən, bir çex futbolçu vardı gərək ki, «Yuventus»da oynayırdı Pavel Nedved, çox güclü futbolçuydu, həmişə yarımfinalda vurub qılçını qırırdılar ki, finalda oynamasın.
Aqil ABBAS
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu