“Futbolçularımı təbrik edirəm. Uzun sözün qısası, yolumuza davam edirik".
Qol.az xəbər verir ki, bu sözləri “Neftçi”nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 23-cü turunda “Zirə”yə 4:0 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransında deyib.
- Oyunboyu emosional görünürdünüz. Ehtiyat etmirdiniz ki, bu hal komandaya mənfi təsir edə bilərdi?
- 4:0 hesabı ilə qalib gəlmişiksə, deməli, müsbət təsir etdi. Azarkeşlərimiz mənə irad tuturdular ki, əvvəlki komandalarda aqressiv idin, niyə burada sakitsən? Oyun da pis keçmədi. "Zirə" çox yaxşı komandadır. Baş məşqçiləri çox qısa müddətdə böyük işlər görüb. Bizi həftə ərzində çox fikirləşməyə vadar etdi. Bu gün istənilən hesab ola bilərdi. Əsas odur ki, yaxşı oynadıq. 4:0 "Zirə"nin gücünü göstərən hesab deyil. Emosional olmağım "Zirə"dən ehtiyatlanmağımdan irəli gəlirdi. Oyunçularımızı bu tempdə saxlamaq önəmlidir. Ramazan ayıdır, oruc tutan futbolçularımız çoxdur. Bütün bu amilləri, rəqibləri nəzərə almalıyıq. Görək, başımıza nələr gəlir.
- "Zirə" ilə buna qədərki oyunlarınız alınmırdı. Bu dəfə nəyi dəyişdiniz?
- Fikrimcə, elə çox dəyişiklik etməmişdik. Bundan əvvəlki görüşlərdə də pis çıxış etməmişdik. Bu gün sadəcə, daha səbirli, ehtiyatlı oynadıq. Bugünkü qələbənin açarı məncə, səbirli oynamağımız oldu. Bilirdik ki, şans qazanacağıq.
- Razısınız ki, bu, "Neftçi"də ən yaxşı oyununuz oldu?
- Bəli, "Neftçi"dəki ən yaxşı oyunum idi. "Qəbələ" ilə bundan əvvəlki görüşdə daha çox qol vəziyyəti yaratmışdıq. Sadəcə, tələsirdik. Qəbələdə də istəkli idik. Fərq onda idi ki, bu gün sanki mexanizm oynayırdı.(apasport)
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu