Kipr. “Apoel”in mətbuat katibi Qurban Qurbanovla bəndənizi kofransa aparır. Liftə minərkən deyir:
- Nurlan, olar “koç”a sual verim?
- Əlbəttə
Nektarius (mətbuat katibi) bir an duruxur və başlayır:
- Balaca, futbolu ilə tanınmayan ölkədə ardıcıl bu qədər çempionluq, avrokuboklarda oynamaq, ÇL.. Bunu necə bacarıb? Axı, hardan baxsan, inanılmaz bir şeydi. Bu gücü, səbri, inamı, möcüzənin yolunu hardan tapıb? Bunun sirri nədi?
Dönüb hocaya baxıram. Nadir hallarda təsadüf olunan təbəssümüylə qımışır, “başa düşdüm” deyir, tərcüməyə ehtiyac qalmır. Bir neçə saniyədən sonra qətiyyətlə 3 kəlməlik cavab verir.
Nə cavab verdiyini burda yazmayacam. Əslində bəlkə də Nektarius 3 kəlimənin “sehrinə” inanmadı, amma yəqin Qurbanovun s(g)özlərindəki qətiyyət yəqin onun uzun müddət düşündürəcəkdi..
..İlk dəfə 2011-ci il bugünündə “Bizim Qurbanımız var” adlı yazı yazmışdım. O zaman Qurbanov uğur epopeyasının dayaqlarını yeni atırdı. İnamla, yorulmadan, həqiqətən də gecə-gündüz çalışaraq pillə-pillə, amma qəti, ağır addımlarla xəyal(larımız)a doğru gedirdi. Yazını oxuduğunu ötəri “o nədi, yazmısan, kövrəltdin məni” deyəndə bildirməməyə çalışsa da, çox təsirləndiyini gözlərindən sezmək olardı..
...Və 10 ildən sonra 2-ci dəfə onun haqqında artıq bu yazını yazanda Nektariusun məlum sualına qədər futbol dünyamızda çox şey dəyişdi. Bu 10 ildə yunan dostumuzun dediyi “möcüzə” dünyanın hər tərəfinə yayılmağa başladı. Amma bütün bunlar 10 il bundan qabaqkı Qurbanı dəyiş(dir)mədi. Bu 10 ildə Azərbaycan üçün milyardların edə bilməyəcəklərini etdi. Canı qədər sevdiyi, duasında belə əsirgəmədəyi Azərbaycanı üçün bəlkə də ilahi missiya kimi ürəyində, əzmində qorudu. “Qarabağ”la Qarabağ həqiqətlərini dünyaya daşıdı, danışdırdı. Unutdurmağa qoymadı. Elə bir tək “Çelsi”ylə oyunun mətbuat konfransıdankı çıxışı onun vətən sevgisinin nə olduğunu göstərər..
.. Qurbanov böyük şəxsiyyətdi. Onun ölkə üçün ölkəni aşan uğurları şəxsiyyətindən doğur. Ona əngəl olmağa, artan uğurlarından qorxub ayağının altını qazmağa çalışdılar. Amma sınmadı, susdu. Çox inandığı təvəkkülünə sığındı. Heç bir zaman bir kəlmə artıq söz demədi, dedizdirmədi (bu yazını oxusa deyəcək ki, gərək bunu yazmazdın). Onunla çalışdığım 13 ildə kimsə haqqında 1 kəlmə pis söz söyləmədi, onu məyus edənləri belə üzmədi, danışmadı..
Elə ondan öyrənməyə çalışdığım ən böyük anlayış bu olub: səbrli olmaq, səbri gücə çevirmək. Hər atılan daşa reaksiya verməmək, hər atılanı toza çevirmək əzmi kimi..
...İndi işgüzar münasibətimiz olmadığına görə bunları yaza bilərəm. Onun etdiklərini başqa ölkədə kimsə etsəydi, ən azından adına stadion olardı, heykəli qoyulardı. Bu adamın etdiklərini ölkədən kənarda Nektariusun dediyi möcüzə kimi dəyərləndirirlər. Təbii ki, biz adamlara sağlığında dəyər verməyə alışmamışıq. Təbii ki, Qurbanov da insandı, xətaları var. Olacaq da. Elə mənimlə də münasibət daim sabit olmayıb. Amma 50-dən çox avrokubok səfərində dünyanın gözündə “Qarabağ”ı, Azərbaycanı başqa “dünya”da hörmət etdirməsinə zərrə-zərrə yaşamışam. Bunu heç nə və kimsə dəyişdirə bilməz..
... Bir gün düşündüyüm kitabı yazası olsam, o qədər incə detal var ki... Qurbanovdan “Qarabağ”a, “Qarabağ”dan Qarabağa gedən yolun möcüzəsinə, Vətən müharibəsinin ən həssas dönəmində, bu fotonun tarixçəsində “Legiya”nın mənsublarının dediyi “Baş məşqçiniz komandanıza elə motivasiya vermişdi ki, bu gün “Real” da olsa qələbə qazancaqdınız` rekviyeminə kimi..
Nurlan İBRAHİMOV,
“Qarabağ” Futbol Klubunun mətbuat xidmətinin sabiq rəhbəri
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu