Roma şəhəri Avro-2020-yə ev sahibliyindən məhrum edilə bilər.
Qol.az “Sport Mediaset”ə istinadən xəbər verir ki, buna səbəb ölkənin oyunlara azarkeş qəbul edəcəyinə təminat verməməsidir. UEFA Avro-2020-yə ev sahibliyi edəcək 12 şəhərin hər birindən matçların keçiriləcəyi stadionlardakı tribunaların 25 faizi tutumunda azarkeş buraxılacağına təminat verməyi tələb edir. Roma isə hələlik Olimpiya stadionunda bunu bacarmayıb. Ona görə də şəhər ev sahibliyindən məhrum edilə bilər. İtaliya Futbol Federasiyasının prezidenti Qabriele Qavina artıq ölkənin baş naziri Mario Draqiyə müraciət edib. O, baş nazirdən ölkədəki vəziyyətin çətinliyinə baxmayaraq, UEFA-ya təminat verə bilmək üçün hər cür səy göstərməsini xahiş edib.
Roma da daxil olmaqla digər problem yaşayan şəhərlərin UEFA-ya təsdiq göndərməsi üçün son tarix aprelin 16-sıdır.
Qeyd edək ki, 2020-ci ildə keçirilməli olan Avropa çempionatı koronavirus pandemiyası səbəbindən bu il 11 iyun - 11 iyula təxirə salınıb. Yarışa ev sahibliyi edəcək 12 şəhərdən artıq 8-i azarkeşlərlə bağlı UEFA-ya təminat verib. Bunlar Bakı, Amsterdam, Budapeşt, Buxarest, Qlazqo, Kopenhagen, London və Sankt-Peterburq şəhərləridir.
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu