AFFA VAR-a görə görüşlərə başladı

AFFA VAR-a görə görüşlərə başladı
ÖLKƏ FUTBOLU 12 Aprel 2021 / 16:42 1269
-  A +

Ötən həftə VAR (videoköməkçi hakim) layihə rəhbəri Elxan Səmədov,  AFFA Hakimlər Komitəsinin sədri Fritz Stuchlik və CBC Sport televiziya kanalının baş direktoru Volkan Üst Türkiyənin İstanbul şəhərində səfərdə olublar.

Qol.az AFFA-nın saytına istinadən xəbər verir ki, səfərin məqsədi TFF-nin də tətbiq etdiyi VAR sisteminin özəllikləri barədə məlumat almaq, bu sistemin ölkəmizdə istifadəsi baxımından görüləcək işlərə hazırlıq olub.

Görüş zamanı AFFA və TFF arasındakı qarşılıqlı əməkdaşlıq çərçivəsində Türkiyə Super Liqasındakı təcrübə nəzərə alınaraq Azərbaycan Premyer Liqasında VAR sisteminin tətbiqi ilə bağlı ətraflı müzakirə aparılıb.

Qeyd edək ki, VAR-ın ölkəmizdə tətbiqi sahəsində görüləcək işlərlə əlaqədar növbəti iki həftə ərzində FIFA ilə onlayn görüşlər keçiriləcək.

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi