“Futbolçularımı təbrik edirəm. Bu gün çox dinamik, istəkli komandaya qarşı oynadılar”.
Qol.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 22-ci turunda “Sumqayıt”la keçirilən oyundan (4:1) sonra mətbuat konfransında deyib.
"Rəqib sona qədər oyundan qopmadı, daim nəticə, düzgün oyun üçün ən yaxşısını etməyə çalışdı. Vacib qalibiyyət idi. “Sumqayıt”a qarşı oynamaq mənim və futbolçularım üçün xoşdur. Qarşıdakı oyunlarda daha diqqətli olmalıyıq. Problemlərimiz olsa da, meydandakı oyunçular oyun nizam-intizamını qorumaq üçün çalışdılar”.
- Mahir Emreli, Qara Qarayev və Xayme Romeronun son durumu nə yerdədir?
- Qara və Mahir bu günə kimi fərdi məşq edirdilər. Qara son məşqin bəzi hissəsində komanda ilə birgə oldu. Bəlkə də, oynaya bilərdi, amma risk etmədik. Mahirin “Səbail”lə görüşdə iştirakı sual altındadır. Romeronun da mikrozədəsi var idi. Bu həftə kollektivlə 40-50 faiz məşq etmişdi. Onun da bu gün meydana çıxması riskli idi.
- Bu gün heyəti qurarkən “Sumqayıt”ı 6:1 hesabı ilə məğlub etdiyiniz oyunu nəzərə almışdınız?
- Həmin vaxtkı heyət yadımda deyil. Bu gün futbolçu sayında da problemlərimiz var. Tam hazır olanlar meydanda idi. Həmişəki kimi deyil, fərqli dəyişikliklər etdik. Abdullah Zubiri daha tez əvəzlədik.
- Rəqibin baş məşqçisi 4-cü hakimdən şikayətləndi. Siz kənarda hakimlikdən təzyiq hiss etmədiniz?
- Bu gün biz tərəfdən belə bir şey yox idi. Ayxan müəllim tərəfə baxmadım. Bəzi oyunlarda hakimlər etirazlarını bildiriblər. Ümumilikdə çox səs-küy olmağı xoşlamıram. Amma futbol emosional oyundur. Hakimin məşqçiyə etirazını bildirməsi də futbolun gözəlliklərindəndir.
- Qarşıdan ölkə kuboku da gəlir. Heyətdəki itkiləri nəzərə alsaq, hər iki turnirdə sona qədər yarışmaq çətin olmayacaq?
- Bu turnirlərdə qalib gəlmək istəyiriksə, çətinlikləri göz önünə gətirməliyik. İnşallah, qarşıdakı oyunlarda heyətimiz düzələr, sağlam futbolçuların sayı çox olar. Çempionatda qalib gəlməklə, kuboku qazanmaq fərqli prestijdir. Sıx qrafikə düşürük. Doğru addımlar atmağa, rotasiyalar etməyə çalışacağıq.
- “Neftçi”nin uğursuz nəticələri futbolçularınıza psixoloji cəhətdən təsir göstərmir?
- İlk növbədə öz oyunumu düşünürük. Nə qədər desək ki, fikrimiz öz oyunumuzdadır, amma futbolçularda istər-istəməz bu hissiyyat ola bilər. Amma biz öz nəticəmizi düşünərək oynayırıq.
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu