Əli Qurbani zədələndi

Əli Qurbani zədələndi
ÖLKƏ FUTBOLU 11 Aprel 2021 / 20:45 1980
-  A +

Azərbaycan Premyer Liqasının 22-ci turunda hazırda "Qarabağ"la qarşılaşan "Sumqayıt" ciddi itki ilə üzləşib.

Qol.az xəbər verir ki, hücumçu Əli Qurbani zədələnərək meydanı tərk edib. Matçın 59-cu dəqiqəsində "Qarabağ"ın qapısına yol tapan millimizin üzvü 70-ci dəqiqədə sıradan çıxıb. Əzələsi dartılan forvardı Rüfət Abdullazadə əvəzləyib.

Qeyd edək ki, hazırda "Qarabağ" 3:1 hesabı ilə qalib gəlir.

Daha çox


Son xəbərlər
topaz banner